inform.kz
“İndi Tacikistanda koronavirus yoxdur, biz onu tam məhv etmişik”
"RİA Novosti"nin yanvarın 26-da verdiyi xəbərə görə, bunu Tacikistan prezidenti İmaməli Rəhman deyib, o, ölkəsində koronavirus pandemiyası üzərində qələbə çalındığını elan edib.
Bununla belə, dövlət başçısı xatırladıb ki, vətəndaşlar hələ də təhlükəsizlik qaydalarına əməl etməyə borcludurlar.
Onun sözlərinə görə, 2020-ci ildə tacik hökuməti səhiyyə sistemini dəstəkləmək üçün əlavə 1,6 milyard somoni (145 milyon dollar) ayırıb, təcili şəkildə 30 yeni xəstəxana istifadəyə verilib.
Rəhmon əlavə edib ki, COVID-19 ilə mübarizə üçün xəstəxanalarda 7 min yeni çarpayı təşkil olunub. Yoluxan xəstələrə 5400 tibb işçisi qulluq göstərib.
Səhiyyə nazirliyinin məlumatlarına görə, son 15 gün ərzində Tacikistanda koronavirusa yeni yoluxma qeydə alınmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”