Dünya

Kreml Consonun istefası xəbərinə şərh verdi: Biz onu sevmirik

7 İyul, 2022
2244

UnHerd

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov istefası gündəm olan Baş nazir Boris Consonla bağlı şərh verib. 

TASS-ın xəbərinə görə, Peskov deyib ki, Boris Conson Rusiyanı çox sevmir, Moskva da onu sevmir. 

İyulun 7-də BBC Böyük Britaniyanın Baş nazirinin tezliklə istefa verəcəyi ilə bağlı açıqlama verib. Xəbərə görə, Conson istefa verməyə razılaşıb, amma o, payıza,  hakim partiyanın yeni lideri seçilənə qədər baş nazir postunda qalacaq. İddialara görə, o, mühafizəkarların yeni liderinin partiya konfransına təyin olunmasını istəyir.

İyulun 7-də "Sky News" Böyük Britaniyada artıq 30-dan çox adam hökumət vəzifələrindən istefa verdiyi xəbərini yayıb. 

İstefalara səbəb Boris Consonun cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsidir.

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Boris Consona etimadsızlıq səsverməsi keçirmişdilər. Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu. Amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

"Tinder dələduzu" Gürcüstanda saxlanılıb

15 Sentyabr 2025

Foto: açıq mənbə

"Tinder dələduzu" kimi tanınan İsrail vətəndaşı Simon Levyev Gürcüstanın Batumi hava limanında saxlanılıb.  Onun vəkili İsrailin "Walla" nəşrinə bildirib ki, həbsin səbəbləri hələlik məlum deyil. “Bu səhər onunla danışdım, saxlanıldıqdan sonra əlaqə saxladıq, amma səbəbi hələ başa düşmürük. O, indiyədək sərbəst şəkildə dünyanın müxtəlif yerlərinə səyahət edib”, – vəkil deyib. Gürcüstanın Daxili İşlər Nazirliyi "OC Media"-ya bildirib ki, Levyev barəsində sərhəddə yoxlanış zamanı "Interpol" tərəfindən axtarış bildirişj olduğu aşkarlanıb və o, buna görə saxlanılıb. Levyev 2022-ci ildə "Netflix" platformasında yayımlanan “Tinder Dələduzu" sənədli filmindən sonra məşhurlaşıb. Filmdə onun həyata keçirdiyi müxtəlif fırıldaqlar təsvir olunub. Levyevin uzun illər davam edən cinayət...
Dünya

Trampın müttəfiqi olan sağçı fəal qətlə yetirilib 

11 Sentyabr 2025

Foto: Tess Crowley

ABŞ-də prezident Donald Trampın ən yaxın dəstəkçilərindən olan nüfuzlu sağçı fəal Çarli Kirk qətlə yetirilib.  Ölkəboyu universitet kampuslarında ictimai debatlar etməsi ilə tanınan 32 yaşlı Kirk sentyabrın 10-da Yuta Universitetində analoji tədbirdə öldürülüb.  Sosial mediada yayılan videoda fəalın boynundan güllə ilə vurulduğu görünür.  Yerli polis əvvəlcə bir nəfəri şübhəli qismində saxlasa da, sonradan o,  azadlığa buraxılıb. An etibarilə qatilin axtarışları davam edir. Federal Təhqiqatlar Bürosu da (FBI) axtarışlara qoşulub.  Kirkin ölüm xəbərini prezident Donald Tramp "Truth Social" səhifəsindən anons edib.  O, daha sonra Oval Ofisdən etdiyi 4 dəqiqəlik videomüraciəti paylaşıb. Tramp çıxışında Kirkin ölümünü “Amerika üçün qaranlıq gün” adlandırıb və...

Seçilmiş Videolar

Toplum TV loqo