Dünya

Putin Qərbi "iqtisadi eqoizmdən" əl çəkməyə çağırıb

16 Sentyabr, 2022
2108

Açıq mənbələrdən götürülüb

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitindəki çıxışı zamanı Qərb ölkələrinin sanksiyalar siyasətindən əl çəkəcəyinə ümid etdiyini bildirib. 

Bu barədə RİA Novosti məlumat yayıb.

“Bizim siyasətimizdə hansısa eqoizm yoxdur, ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da eyni prinsiplər üzərində siyasət quracaqlar, proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən istifadəni dayandıracaqlar”, - deyə Putin bildirib. 

https://toplum.tv/dunya/qazaxistan-paytaxtina-astana-adi-geri-qaytarildi

Sentyabrın 16-da cümə günü  ŞƏT-ə daxil olan ölkələrin liderləri dar tərkibdə görüş keçirəcək. Daha sonra onlar geniş tərkibdə iş üçün toplaşacaq, mühüm qlobal və regional məsələlər üzrə iştirakçı ölkələrin mövqelərini əks etdirən Səmərqənd Bəyannaməsini imzalayacaqlar.

Sentyabrın 16-da Rusiya Prezidentinin Hindistanın baş naziri Narendra Modi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

"Tinder dələduzu" Gürcüstanda saxlanılıb

15 Sentyabr 2025

Foto: açıq mənbə

"Tinder dələduzu" kimi tanınan İsrail vətəndaşı Simon Levyev Gürcüstanın Batumi hava limanında saxlanılıb.  Onun vəkili İsrailin "Walla" nəşrinə bildirib ki, həbsin səbəbləri hələlik məlum deyil. “Bu səhər onunla danışdım, saxlanıldıqdan sonra əlaqə saxladıq, amma səbəbi hələ başa düşmürük. O, indiyədək sərbəst şəkildə dünyanın müxtəlif yerlərinə səyahət edib”, – vəkil deyib. Gürcüstanın Daxili İşlər Nazirliyi "OC Media"-ya bildirib ki, Levyev barəsində sərhəddə yoxlanış zamanı "Interpol" tərəfindən axtarış bildirişj olduğu aşkarlanıb və o, buna görə saxlanılıb. Levyev 2022-ci ildə "Netflix" platformasında yayımlanan “Tinder Dələduzu" sənədli filmindən sonra məşhurlaşıb. Filmdə onun həyata keçirdiyi müxtəlif fırıldaqlar təsvir olunub. Levyevin uzun illər davam edən cinayət...
Dünya

Trampın müttəfiqi olan sağçı fəal qətlə yetirilib 

11 Sentyabr 2025

Foto: Tess Crowley

ABŞ-də prezident Donald Trampın ən yaxın dəstəkçilərindən olan nüfuzlu sağçı fəal Çarli Kirk qətlə yetirilib.  Ölkəboyu universitet kampuslarında ictimai debatlar etməsi ilə tanınan 32 yaşlı Kirk sentyabrın 10-da Yuta Universitetində analoji tədbirdə öldürülüb.  Sosial mediada yayılan videoda fəalın boynundan güllə ilə vurulduğu görünür.  Yerli polis əvvəlcə bir nəfəri şübhəli qismində saxlasa da, sonradan o,  azadlığa buraxılıb. An etibarilə qatilin axtarışları davam edir. Federal Təhqiqatlar Bürosu da (FBI) axtarışlara qoşulub.  Kirkin ölüm xəbərini prezident Donald Tramp "Truth Social" səhifəsindən anons edib.  O, daha sonra Oval Ofisdən etdiyi 4 dəqiqəlik videomüraciəti paylaşıb. Tramp çıxışında Kirkin ölümünü “Amerika üçün qaranlıq gün” adlandırıb və...

Seçilmiş Videolar

Toplum TV loqo