TASS
Belarus Prezidenti Aleksandr Lukaşenko özünə abidə qoyulmasına qarşı çıxıb.
Dövlət başçısının mətbuat xidməti xəbər verir ki, o, bu barədə "Miori" metal-prokat zavodunun əmək kollektivi ilə söhbəti zamanı danışıb.
Lukaşenko müasirlərə abidələrin ucaldılmasının dəbə çevrilməməli olduğunu deyib. Onun sözlərinə görə, yalnız həqiqətən layiq olanlara abidə ucaltmağa dəyər.
https://toplum.tv/dunya/erdogan-rusiya-ile-munasibetlerde-yeni-merhele-aciriq
“Qulaq asın, biz öz işimizi görürük, nə abidə? Gəlin konkret olaq: bu yaxınlarda bizim pilotlarımız (2021-ci ildə qəzaya uğramış "Yak-130" hərbi təyyarəsi - red.) Baranoviçidən təyyarəni götürərkən həlak oldular. Bir ildən sonra həmin yerdə abidə ucaltdıq. Çünki onlar buna layiq idilər. Əgər kimsə layiqdirsə - Allah xatirinə. Amma bu, dəbə çevrilməməlidir”, - deyə Prezident bildirib.
Bundan əvvəl Lukaşenko Vitebsk vilayətinə səfəri zamanı kənd təsərrüfatında yaranan problemlərə görə məmurların “başını kəsəcəyinə” söz vermişdi. O, həmçinin regionda “dəmir nizam-intizam”a çağırıb və kənd təsərrüfatı sahəsində problemlərin həllinə ordu və polisi cəlb etməyə hazır olduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib