Dünya

ABŞ səfiri: “İncilə görə İsrail bütün Yaxın Şərqə sahib ola bilər”

21 Fevral, 2026
180

Foto: Reuters

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi İncilə əsasən İsrailin bütün Yaxın Şərqi ələ keçirməyə haqqı olduğunu deyib. 

O, bunu amerikalı jurnalist Taker Karlsona fevralın 20-də yayımlanan müsahibədə bildirib. 

Baptist keşiş olan və sionist mövqeyi ilə tanınan Hakabi səfir kimi fəaliyyətə başlamazdan əvvəl də xristianların müqəddəs kitabına istinadən müəyyən torpaqların "Tanrı tərəfindən yəhudilərə verildiyini" iddia edib. 

Karlson isə müsahibədə dəfələrlə səfirə sual verərək həmin torpaqların müasir dövrdəki dəqiq sərhədlərini soruşub. 

"Siz hansı torpaqdan danışırsınız? Çünki mən Yaradılışın 15-ci fəslini dəfələrlə oxumuşam və orada deyilir ki, həmin torpaq Nil çayından Fərat çayına qədər uzanır. Bu isə demək olar ki, bütün Yaxın Şərqi əhatə edir", - o sual edib. 

Hakabi bir az düşündükdən sonra cavab verib: “O torpaqların hamısını ələ keçirsələr, bu, problem olmaz”.

Amma o əlavə edib ki, hazırda İsrailin belə bir iddiası yoxdur: “Onlar gedib bütün torpaqları ələ keçirmək istəmirlər, amma ən azı hazırda nəzarət etdikləri və yaşadıqları torpaqlara sahib olmaq istəyirlər”.

“Siz öz ilahi inanclarınız çərçivəsində xristian sionizminin nə olduğunu izah edirsiniz və məncə, siz indicə dediniz ki, İsrail dövləti bütün Fələstini, bütün Suriyanı, bütün Livanı ələ keçirsə, sizin üçün bu, normal olardı", - jurnalist cavab verib. 

Hakabi isə açıqlamasını bu cür izah etməyə çalışıb: “Onlar İordaniyanı ələ keçirməyə çalışmırlar. Suriyanı ələ keçirməyə çalışmırlar. İraqı və ya başqa hər hansı bir yeri ələ keçirməyə çalışmırlar. Amma indi öz xalqlarını qorumaq istəyirlər. Əgər bütün bu ölkələr tərəfindən hücuma məruz qalsalar, müharibədə qalib gəlsələr və həmin torpaqları o zaman ələ keçirsələr, bu başqa məsələ, bu artıq tamam başqa bir müzakirə mövzusudur".

ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqlərindən olan Karlson fevralın 18-də İsrailə səfər edib, lakin hava limanı ərazisini tərk etmədən ABŞ səfirindən müsahibə alıb. 

O, müsahibədən sonra ölkəni tərk edərkən israilli sərhədçilər tərəfindən saxlanıldığını və sorğu-sual edildiyini iddia edib. 

Fevralın 20-də yayımlanan verilişində Karlson Hakabini başına gələnlərlə bağlı onunla maraqlanmamasına görə sərt tənqid edib.

“Əgər siz İsrailə gedən bir amerikalısınızsa, əmin ola bilərsiniz ki, sizin hökumətiniz İsrail hökumətinin tərəfini tutacaq, sizin yox", - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Nobel Sülh Mükafatı İsrailin soyqırımı törətdiyini deyən hakimə verilib

9 Oktyabr 2026

açıq mənbə

Bu il Nobel Sülh Mükafatını Beynəlxalq Ədalət Məhkəməsinin hakimi, Cənubi Afrika Respublikasından (CAR) olan Navanetem Pilay qazanıb.  Norveç Nobel Komitəsinin oktyabrın 9-da yaydığı açıqlamaya görə, 85 yaşlı Pilay “sülh və beynəlxalq hüququn təşviqindəki xidmətlərinə görə” mükafata layiq görülüb.  Pilay müxtəlif vaxtlarda CAR-ın Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi çalışıb. O, 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı, bu yaxınlara qədər isə İşğal Altındakı Fələstin Ərazisi və İsrail üzrə BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri olub.  BMT komissiyası Pilayın sədrliyi altında ötən ilin sentyabrında İsrailin Qəzzada apardığı müharibə haqqında 72...
Dünya

"The Guardian”: “Sanksiya altındakı tankerlər fərqli təyinat ünvanları göstərərək Cənubi Koreyadan Rusiyaya yanacaq daşıyıb”

7 Oktyabr 2026

sosial media

Cənubi Koreya iyul və avqust aylarında Rusiyaya əsasən dizel olmaqla 176 min tondan çox yanacaq tədarük edib. Bu barədə Britaniyanın “The Guardian” nəşri liman sənədləri və gəmilərin hərəkət məlumatlarına əsaslanan araşdırmasında yazıb. Məlumata görə, iki ay ərzində yeddi tanker Rusiyaya 14 səfər edib. Bu tankerlərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. Nəşr qeyd edir ki, bəzi gəmilər limandan çıxarkən təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib, daha sonra isə Rusiyanın Vladivostok limanına istiqamətlənib. Araşdırmaya əsasən, “Layla” tankeri Cənubi Koreyanın Ulsan limanından Vladivostoka iki səfər zamanı ümumilikdə 57 min ton dizel aparıb. Gəmi ikinci səfərindən əvvəl təyinat məntəqəsi...

Seçilmiş Videolar

Toplum TV loqo