Dünya

Beynəlxalq Cinayət Məhkəməsi Taliban liderləri haqda həbs qərarı çıxarıb

9 İyul, 2025
45

Foto: CNN

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Əfqanıstana rəhbərlik edən Taliban hərəkatının iki lideri haqqında həbs qərarı çıxarıb. 

İyulun 8-də verilən qərarda Talibanın Ali lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin sədri Əbdül Həkim Həqqani barəsində “gender əsaslı təqiblər törətməkdə əsaslı şübhələr” mövcud olduğu bildirilir. 

“Taliban bütövlükdə əhali üçün müəyyən qaydalar və qadağalar tətbiq etsə də, xüsusilə qızları və qadınları cinslərinə görə hədəfə alaraq, onları əsas hüquq və azadlıqlardan məhrum edib”, - deyə qərarda qeyd olunub. 

BCM hakimləri bildirib ki, Taliban qızları və qadınları təhsil, şəxsi həyat, ailə həyatı, hərəkət azadlığı, ifadə, düşüncə, vicdan və din azadlığı hüquqlarından “kəskin şəkildə məhrum edib”. 

Taliban isə qərarı dərhal “əsassız ritorika” adlandıraraq rədd edib, BCM-nin səlahiyyətini tanımadığını bildirib və məhkəməni Qəzza zolağında “hər gün yüzlərlə qadın və uşağın öldürülməsi qarşısında susmaqda” ittiham edib.

2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Taliban qadınlara təhsil və işləməkdən tutmuş kişi həkimlərdən tibbi yardım almağa qədər bir sıra məhdudiyyətlər qoyub. 

UNESCO-nun məlumatına görə, Əfqanıstanda 1,4 milyondan çox qız uşağı təhsildən məhrumdur və bu, bütün bir nəslin gələcəyini riskə atır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Kreml: “Tramp ifadələrində kifayət qədər sərt üsluba malikdir" 

9 İyul 2025

Foto: Reuters

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin haqqındakı son tənqidlərinə münasibət bildirib.  Peskov iyulun 9-da rusiyalı jurnalistlərə tənqidləri sakit qəbul etdiklərini deyib.  "Tramp, ümumiyyətlə, ifadələrində kifayət qədər sərt üsluba malikdir" “, – o qeyd edib.  “Biz onun dilindən eşidirik ki, Ukrayna münaqişəsinin nizamlanması onun əvvəldən düşündüyündən xeyli daha çətin olub. Bu, bizim əvvəldən dediyimiz məsələdir – bu problemi bir gecədə həll etmək mümkün deyil”, - Peskov əlavə edib.  Onun sözlərinə görə, Moskva Vaşinqtonun Ukrayna münaqişəsini tez bir zamanda həll etmək istədiyini görür. “Burada fikir ayrılığı yoxdur, problemi siyasi və diplomatik vasitələrlə həll etmək arzusu var...
Dünya

Öcalan videomüraciətlə PKK-nın buraxıldığını elan edib 

9 İyul 2025

Foto: sosial media

“Kürdüstan Fəhlə Partiyası”nın (PKK) Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan videomüraciətlə çıxış edib.  Bu, onun 1999-cu ildən bəri ilk videogörüntüsü olub.  Öcalan iyulun 11-də tərk-silah prosesinə başlanılması gözlənən PKK hərəkatının “varlığın inkarına əsaslanan və ayrıca bir dövlət qurmağı məqsəd qoyan fəaliyyətinin sona çatdırıldığını” bildirib. Videomüraciət PKK-ya yaxınlığı ilə tanınan Fırat xəbər agentliyində yayımlanıb.  PKK lideri, həmçinin, fevralın 27-də etdiyi, “sülh və demokratik cəmiyyətə çağıran müraciətinə sadiq qaldığını” əlavə edib. O, prosesdə gəlinən nöqtənin “olduqca dəyərli və tarixi əhəmiyyətli” olduğunu deyib.  "Silahların buraxılması mexanizminin qurulması prosesi irəli aparacaq. Bu, silahlı mübarizə mərhələsindən demokratik siyasət və hüquq mərhələsinə könüllü keçiddir. Bu, bir...

Seçilmiş Videolar

Toplum TV loqo