Dünya

Ceyms Vens: “Ruslar müharibəni bitirmək üçün çox şey istəyir”

8 May, 2025
19

Reuters

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bitirmək üçün “çox şey istədiyini” deyib. 

Mayın 7-də Vaşinqtonda çıxış edən Vens ABŞ-ın bu iki ölkə arasındakı müharibəni sonlandırmaq üçün apardığı səylərdən danışıb. 

“Mən deməzdim ki, ruslar münaqişəni dayandırmaqda maraqlı deyillər. Amma deyə bilərəm ki, onlar bunun üçün müəyyən ərazi güzəştləri tələb edirlər. Biz düşünürük ki, onlar çox şey istəyirlər”, - o bildirib. 

O, ölkəsinin Rusiya və Ukraynanın birbaşa danışıqlar aparmasında maraqlı olduğunu deyib:

“Biz istərdik ki, həm ruslar, həm də ukraynalılar oturub bir-biri ilə söhbət edərək bəzi əsas qaydalar üzərində ümumi razılığa gəlsinlər. Birləşmiş Ştatlar bu danışıqlarda iştirak etməkdən məmnundur, lakin ruslar və ukraynalıların bir-biri ilə danışığa başlaması çox vacibdir. Düşünürük ki, bu, atmaq istədiyimiz növbəti böyük addımdır.”

Mayın 6-da isə ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keit Kelloq “Fox News”a müsahibəsində deyib ki, sülh danışıqlarında əsas maneə Rusiya Prezidenti Vladimir Putinin atəşkəsə razılaşmamasıdır.

Bu ilin martında Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük müvəqqəti atəşkəsə razılaşıb, Rusiya isə razılaşmayıb. 

Vens çıxışında atəşkəs təklifinə toxunaraq deyib ki, ABŞ artıq bu mövzudan “uzaqlaşıb və uzunmüddətli həll yolunda daha çox maraqlıdır”. 

ABŞ Vitse-prezidentinin açıqlaması yanvarda Trampın başçılığı altında işə başlayan hökumətin bu münaqişəyə yanaşmasında fərqli siyasi xəttə işarə edib. 

İndiyə qədər ABŞ rəsmiləri Ukrayna-Rusiya mövzusunda neytral, hətta əksər müşahidəçilərin Rusiyaya meyilli olaraq gördüyü siyasəti seçmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Trampdan İrana: “Biz onları havaya uçura bilərik”

8 May 2025

Toplum TV/kollaj

ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyib.  O, mayın 7-də amerikalı radio aparıcısı Hyu Huitə müsahibəsində deyib ki, əgər İran nüvə proqramı üzrə danışıqlarda ABŞ-la razılığa gəlməsə, onun nüvə obyektlərini bombalayacaq.  “Əslində biz onları havaya da uçura bilərik və ya sadəcə nüvəsizləşdirə də bilərik. Amma cəmi iki seçim var - onları nəzakətlə havaya uçurmaq ya da amansızlıqla”, - o bildirib.  Tramp həmin gün Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərdən birinin sualına cavabında deyib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz.  “Bu danışıqlar prosesi İranın tarixində ən vacib məqamdır. Biz istəyirik ki, onlar da uğurlu, varlı ölkə olsunlar....
Dünya

İmamoğlunun “X” hesabına Türkiyədən giriş bloklanıb

8 May 2025

Reuters

Həbsdə olan İstanbul meri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun “X” hesabına Türkiyədən giriş məhdudlaşdırılıb.  Mayın 8-dən etibarən İmamoğlunun 9 milyondan çox izləyicisi olan hesabına Türkiyədən daxil olmaq istəyən “X” istifadəçiləri məhkəmə qərarı əsasında hesaba girişin bloklandığı haqda bildirişlə qarşılaşıblar.  Türkiyənin “Milliyət” qəzetinin məlumatına görə, İmamoğlunun hesabına girişin məhdudlaşdırılması haqda yerli məhkəmənin qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu vasitəsilə “X” şirkətinə çatdırılıb və şirkət müvafiq addımı atıb.  Türkiyənin Kommunikasiya Nazirliyi bildirib ki, qərara səbəb İmamoğlunun “X” hesabında aprelin 24-də etdiyi bir paylaşımın “açıq şəkildə cinayətə təhrik etmə” kimi qiymətləndirilməsi olub və İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. ...

Seçilmiş Videolar

Toplum TV loqo