mfa.gov.md
Fevralın 13-də Moldova Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu ölkədəki Rusiya Elm və Mədəniyyət Mərkəzi (“Rus Evi”) bağlanacaq.
"Müqavilənin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", Moldova XİN-in bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, Moldova hökuməti 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib.
Moldova rəhbərliyinin qəbul etdiyi müvafiq qərarın Rusiyanın hücum təyinatlı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozmasına cavab olaraq qəbul edildiyi deyilir.
Daha əvvəl Moldova prezidenti Maya Sandu demişdi ki, Rusiyaya məxsus dronların Ukraynanın Odessa vilayətinə hücumu zamanı onlardan ikisi Moldova ərazisinə daxil olub və partlayıb. Partlayış nəticəsində ölən və yaralananlar olmayıb.
Fevralın 13-də Rusiya səfiri Oleq Ozerovun Moldova XİN-ə çağırıldığı və ona pilotsuz uçuş aparatının qalıqlarının göstərildiyi bildirlib.
Bu xəbərə də bax:
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
AP