Dünya

İran xarici işlər naziri: “ABŞ-ın hücumu Fordo nüvə obyektinə ciddi və ağır zərər verib” 

3 İyul, 2025
49

Foto: AFP

İranın xarici işlər naziri Seyid Abbas Ərağçi ABŞ-ın iyunun 21-də İrana etdiyi hücumun Fordo qəsəbəsindəki nüvə obyektinə “ciddi və ağır zərər” verdiyini bildirib. 

Nazir bunu iyulun 2-də yayımlanan, ABŞ-ın “CBS” telekanalına verdiyi müsahibədə deyib. 

“Biz gözləməliyik və görməliyik ki, onu yenidən işə salmaq olar ya yox. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və dəyərləndirmə aparır, sonra hesabat hökumətə təqdim olunacaq”, - nazir qeyd edib. 

Ərağçinin açıqlaması İran Ali lideri Ayətullah Əli Xameneinin daha öncə nüvə obyektləri haqqındakı səsləndirdiyi fikirlə təzad təşkil edib. 

Xamenei iyunun 26-da İsrail üzərində qələbə elan etdiyi çıxışda ABŞ Prezidenti Donald Trampın hücumların nəticələrini şişirtdiyini, nüvə obyektlərinə ciddi zərər dəymədiyini bildirmişdi. 

O, bununla Trampın İranın nüvə obyektlərinin “tamamilə yerlə-yeksan edildiyi” fikrinə cavab vermişdi. 

Ərağçi müsahibəsində bundan sonra da ABŞ-la İranın nüvə proqramı üzrə danışıqların davam edəcəyini istisna etməyib. 

“Bizim danışıqlara yenidən qoşulmaq qərarı verməyimiz üçün ilk növbədə əmin olmalıyıq ki, Amerika danışıqlar zamanı bizi hərbi hücumla yenidən hədəf almayacaq. Bütün bu amilləri nəzərə alaraq, hələ də daha çox vaxta ehtiyacımız var”, - o deyib. 

İyunun 21-də ABŞ ordusu Trampın əmrilə İranın Natanz və İsfahan şəhərlərində və Fordo qəsəbəsindəki nüvə müəssisələrinə zərbələr endirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiyanın Azərbaycandakı səfirliyi: “Mülki geyimli şəxslər rus vətəndaşlara fiziki zorakılıq tətbiq edib” 

3 İyul 2025

Foto: APA

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda rus vətəndaşlarına fiziki zorakılıq göstərildiyi haqda bəyanat yayıb.  İyulun 2-də yayımlanan bəyanatda deyilir ki, səfirlik son sutka ərzində Azərbaycanda olan, habelə turizm məqsədilə səfər edən Rusiya vətəndaşlarından çoxsaylı müraciətlər alıb.  “Müraciətçilərin sözlərinə görə, yaşadıqları ünvanlara mülki geyimli şəxslər (bəzi hallarda özlərini polis əməkdaşı kimi təqdim ediblər) gəlib və onların ölkədə qalma məqsədini sorğu-sual edərək sənədlərini yoxlayıblar. Bəzilərinin görə, onlara və ailə üzvlərinə fiziki zorakılıq tətbiq olunub”, - bəyanatda qeyd olunur.  Səfirlik, həmçinin, bildirib ki, ötən günlərdə həbs olunan iki nəfər “Sputnik Azərbaycan” əməkdaşı və narkotik vasitələrin dövriyyəsi və kiberdələduzluq maddələrilə həbs olunan 8 nəfər rus vətəndaşına...
Dünya

Rusiyada Araz Ağalarova qarşı məhkəmə icraatı başlanıb 

3 İyul 2025

Foto: Saşa Mordovets

Rusiyada azərbaycanlı iş adamı, Rusiya vətəndaşı Araz Ağalarova qarşı məhkəmə icraatı başlanıb.  Bu barədə “Gazeta.ru” saytı dövlət reyestrinə istinadən məlumat yayıb.  Məlumatda bildirilir ki, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti Ağalarova qarşı icra işi başladıb. İyunun 26-da Moskvanın Presnenski Rayon Məhkəməsində verilmiş icra sənədi əsasında icraat açılıb.  “Crocus Group” şirkətinin sahibi olan Ağalarov “Forbes” jurnalına əsasən 1,7 milyard dollarlıq sərvətlə Rusiyanın 55-ci ən zəngin adamıdır.  O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş qudası olmaqla tanınır. Onun oğlu Emin Ağalarov Nardarandakı “Sea Breeze” yaşayış kompleksinin sahibidir və iyulun 2-də Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev kompleksə baxış keçirərkən onları müşayiət edib.  Ağalarova...

Seçilmiş Videolar

Toplum TV loqo