İsraildə seçkilər: Netanyahu hökumət qurmaq üçün lazım olan çoxluğu əldə edə bilməyib
sosial media
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, baş nazir Benyamin Netanyahunun bloku 53, müxalifət lideri Qadi Eyzenkotun rəhbərlik etdiyi blok isə 48 mandat qazanıb.
Ərəb partiyaları 19 mandatla ölkə tarixində ən yüksək nəticəni göstərib. 120 yerlik parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı heç bir blok təkbaşına əldə edə bilməyib.
Oktyabrın 29-da Eyzenkot keçmiş baş nazir Naftali Bennettlə, müxalifətin digər təmsilçiləri Yair Qolan və Yair Lapid isə öz aralarında görüşərək hökumətin formalaşdırılmasını müzakirə ediblər. Həmin gün Netanyahu da Maliyyə naziri Bezalel Smotriçlə görüşüb. Bundan əvvəl o, Smotriçə və ultra-sağçı siyasətçi İtamar Ben-Qvirə mövcud siyasi blokun dağılmayacağına dair təminat verib.
“Reuters”in təhlilinə görə, mümkün ssenarilərdən biri Eyzenkotun ərəb partiyalarının dəstəyi ilə hökumət qurmasıdır. Belə bir koalisiya 67 mandat əldə edə bilər, lakin müxalifətdə ərəb partiyaları ilə əməkdaşlığa münasibət birmənalı deyil.
Digər variant Netanyahunun mərkəzçi və sağ-mərkəzçi müxalifət partiyaları ilə birlik hökuməti qurmasıdır, bu koalisiya 66 mandatla çoxluq əldə edə bilər. Netanyahu həmçinin müxalifət deputatlarının bir qismini öz tərəfinə çəkməyə çalışa bilər. Danışıqlar nəticə verməsə, növbədənkənar seçki də mümkündür.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
BBC
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb