Dünya

Los-Ancelesdə komendant saatı tətbiq edilib

11 İyun, 2025
56

Foto: AP

Ağ Evin immiqrasiya siyasətinə qarşı etirazlar fonunda Los-Ancelesdə  komendant saatı tətbiq edilib.

Məlumatı Los-Ancelesin meri Karen Bass "X" hesabında paylaşıb.

Merin sözlərinə görə, bu qərar “vandalizm və talançılığı dayandırmaq” üçün verilib. 

O, etirazlar nəticəsində onlarla şəhər infrastrukturunun artıq zədələndiyini bildirib.

Mer ABŞ Prezidenti Donald Trampın eskalasiyanı daha da gərginləşdirdiyini qeyd edib.

Məhdudiyyətlər yerli vaxtla saat 20:00-dan (11 iyun Moskva vaxtı ilə 06:00) saat 06:00-dək qüvvədə olacaq

Los-Ancelesdəki iğtişaşlar qeyri-qanuni mühacirlərə qarşı reydlərdən sonra başlayıb və 44 nəfər saxlanıb. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə edilib.

ABŞ hökuməti Kaliforniyaya Milli Qvardiyaçıları və dəniz piyadalarını göndərib. 
Tramp administrasiyası bu qərarı “federal işçilər və binalar üçün təhdidlərin artması” ilə əsaslandırıb.

Dövlət rəsmiləri qərarın əleyhinə çıxış ediblər. Qubernator Qavin Nyusom  Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsinə görə Trampı, Pentaqonu və müdafiə naziri Pit Heqseti məhkəməyə verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tramp xanımının ukraynalı uşaqlarla bağlı məktubunu Putinə verib

16 Avqust 2025

Foto:AP

ABŞ-nin birinci xanımı Melania Tramp Rusiya prezidenti Vladimir Putinə Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı məktub ünvanlayıb.  “Reuters” Ağ Evdəki mənbələrinə istinadən bildirir ki, məktubu Putinə  Alyaskada keçirilən görüş zamanı şəxsən Donald Tramp verib. Rəsmi şəxslər məktubun detalları barədə açıqlama verməsələr də, orada Rusiya tərəfindən Ukraynadan uşaqların qaçırılması məsələsinin qeyd olunduğunu təsdiqləyiblər. Avqustun 15-də ABŞ-də Donald Tramp və Vladimir Putin arasında görüş baş tutub.  Görüşdən sonra Tramp danışıqları “səmərəli” adlandırıb və tərəflərin “bir çox məsələdə razılığa gəldiyini” deyib.  Bununla yanaşı, bir sıra vacib mövzularda hələ yekun razılaşmanın əldə edilmədiyini bildirib. 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Ukraynanın işğal...
Dünya

“Sərhədsiz Reportyorlar” Rusiyada “arzuolunmaz təşkilat” kimi tanınıb

15 Avqust 2025

Foto: Robin Grassi/RSF

Rusiya Ədliyyə Nazirliyi “Sərhədsiz Reportyorlar” (RSF) beynəxalq mətbuat azadlığı təşkilatını “arzuolunmaz” elan edib.  “TASS” agentliyinin xəbərinə görə, bu barədə ötən ay Rusiya Baş Prokurorluğu qərar çıxarıb.  Bundan əvvəl, 2024-cü ilin aprelində Rusiyanın kommunikasiyalara nəzarət qurumu “Roskomnadzor” RSF-nin saytını bloklayıb. “RSF-ni – jurnalistikanı müdafiə edən QHT-ni – “arzuolunmaz təşkilat” kimi təsnif etməklə Kreml açıq mesaj verir: o, senzura və təbliğatını ifşa edən bütün açıqfikirli səsləri boğmaq kampaniyasını davam etdirir. Amma bu bizi susdurmayacaq”, - deyə RSF-nin icraçı direktoru Tibaut Brutin bəyanat verib.  “Biz Rusiyanın xəbərə və məlumata qarşı apardığı müharibəni araşdırmağa və ifşa etməyə, həmçinin Rusiyada və Ukraynada jurnalistlərə qarşı cinayətlərə...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo