Foto: Ağ Ev
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaska ştatında Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü yüksək qiymətləndirib.
O, "Fox News" telekanalına müsahibəsində jurnalistin "görüşü 10 ballıq şkalada neçə ilə qiymətləndirirsiniz" sualına "10" deyə cavab verib.
"Düşünürəm ki, yaxşı yola getdik. Xüsusilə, nüvə silahına sahib iki böyük gücün yola getməsi isə həmişə yaxşıdır", - o qeyd edib.
Liderlərin iki saatdan çox çəkən görüşündə Ukrayna müharibəsi ilə bağlı atəşkəs razılığına gəlinməyib. Tramp və Putin görüşdən sonrakı brifinqdə, ümumiyyətlə, atəşkəs sözünü işlətməyiblər.
"Bizim görüşümüz son dərəcə məhsuldar oldu və bir çox məqamlar üzrə razılıq əldə olundu. Razılıq əldə olunmayan çox az məsələ qaldı. Amma həmin nöqtəyə də çatmaq üçün çox yaxşı şansımız var", - Tramp deyib.
Son onillikdə ilk dəfə ABŞ-yə gələn və Ukrayna işğalına görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs orderi verilən Putin isə ev sahibliyi üçün Trampa təşəkkür edib. O, gülümsəyərək əlavə edib ki, növbəti dəfə onların Moskvada görüşməsi mümkündür.
Ardınca, o, ABŞ-nin Rusiya və keçmiş Sovet İttifaqı arasındakı tarixi münasibətlərini yüksək qiymətləndirdiyini, İkinci Dünya Müharibəsi dövründə iki ölkənin həyata keçirdiyi birgə missiyaları yada saldığını deyib.
Rusiya liderinin sözlərinə görə, ABŞ və Rusiya ortaq dəyərləri bölüşür. Putin, həmçinin, Trampın tez-tez işlətdiyi, 2020-ci il prezident seçkilərində qalib gələcəyi halda Ukrayna müharibəsinin baş verməyəcəyi fikrini xatırladıb.
Tramp Ukrayna prezidenti Volodimir Zelenski və NATO müttəfiqlərini görüşün nəticələri ilə bağlı məlumatlandıracağını deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Alexander Astafyev/POOL/TASS
Foto: Reuters
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"