Foto:AP
ABŞ-nin birinci xanımı Melania Tramp Rusiya prezidenti Vladimir Putinə Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı məktub ünvanlayıb.
“Reuters” Ağ Evdəki mənbələrinə istinadən bildirir ki, məktubu Putinə Alyaskada keçirilən görüş zamanı şəxsən Donald Tramp verib.
Rəsmi şəxslər məktubun detalları barədə açıqlama verməsələr də, orada Rusiya tərəfindən Ukraynadan uşaqların qaçırılması məsələsinin qeyd olunduğunu təsdiqləyiblər.
Avqustun 15-də ABŞ-də Donald Tramp və Vladimir Putin arasında görüş baş tutub.
Görüşdən sonra Tramp danışıqları “səmərəli” adlandırıb və tərəflərin “bir çox məsələdə razılığa gəldiyini” deyib.
Bununla yanaşı, bir sıra vacib mövzularda hələ yekun razılaşmanın əldə edilmədiyini bildirib.
2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası səbəbilə qərar qəbul edib.
Qərara əsasən, Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova barəsində həbs orderi çıxarılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Robin Grassi/RSF
Foto: Sergei Kiselev/ Moskva News Agency
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"