Rusiya Prezidenti Vladimir Putin qanunla “xarici agent” kimi tanınan, habelə Rusiyaya qarşı sanksiyalara çağıran şəxslərə qarşı cəzaları sərtləşdirib.
O, bununla bağlı üç yeni qanun imzalayıb.
Qanunlardan biri Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatlara muzdlu və ya ödənişli xidmət göstərməyə görə 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Rusiyaya qarşı sanksiya çağırışları isə 5 ilə qədər həbslə cəzalandırılır. Hər iki halda əmlakın müsadirəsi nəzərdə tutulur.
Qanuna əsasən, Beynəlxalq təşkilatlarla işləyən, əvvəlki qanunla “xarici agentlər” kimi tanınan şəxslər indi “Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların qərarlarının icrasına yardım edən şəxslər” kimi tanınacaq. Buraya Beynəlxalq Cinayət Məhkəməsi (BCM) də daxildir.
BCM Putin və ombudsman Mariya Lvova-Belovanın haqqında ukraynalı uşaqların işğal olunmuş Ukrayna ərazilərindən Rusiyaya qanunsuz deportasiyasına görə onları məsuliyyətə cəlb edən həbs qərarı çıxarmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
AP
Toplum TV/kollaj