Dünya

Putin: "Rusiya Avropa ilə müharibəyə hazırdır"

3 Dekabr, 2025
171

Foto: açıq mənbədən götürülüb

Rusiya və ABŞ Ukraynada sülh danışıqları üzrə irəliləyişə nail olmayıb. 

Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov rusiyalı jurnalistlərə bildirib. 

Dekabrın 2-də Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner arasında görüş 5 saatdan çox çəkib. 

“Tərəflər Ukraynada böhranı həll etməyə nə daha yaxın, nə də daha uzaqdırlar. Görülməli çox iş var", - Uşakov deyib. 

Buna baxmayaraq, Uşakov görüşü “son dərəcə faydalı, konstruktiv və informativ” adlandırıb. 

“Biz konkret ABŞ təkliflərini müzakirə etmədik, lakin bu ABŞ sənədlərinə daxil edilənlərin mahiyyətini müzakirə etdik. Bəzi məsələlərlə razılaşa bilərdik və prezident, həmçinin, bir sıra təkliflərə qarşı tənqidi və hətta mənfi münasibətimizi gizlətmədi", - o əlavə edib. 

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı “bəzi irəliləyişlər” əldə edilib.

“Bizim etməyə çalışdığımız – və düşünürəm ki, müəyyən irəliləyiş də əldə etmişik – ukraynalılara gələcəkdə nələrin təhlükəsizlik zəmanəti verəcəyini müəyyənləşdirməkdir", - o, dekabrın 2-də "Fox News"a deyib. 

Rubio əlavə edib ki, ABŞ əldə olunacaq kompromisin Ukraynaya “sadəcə iqtisadiyyatını bərpa etməyə yox, həm də bir ölkə kimi inkişaf etməyə” imkan verəcəyinə ümid edir. 

Putin Trampın nümayəndələri ilə görüşündən öncə rusiyalı jurnalistlərə açıqlamasında Avropa ölkələrini Ukraynada sülhü sabotaj etməkdə ittiham edib. 

O bildirib ki, müharibənin dayandırılması ilə bağlı “Avropanın tələbləri Rusiya üçün qəbuledilməzdir”.

"Avropa ABŞ administrasiyasının Ukraynada sülhə nail olmasına mane olur. Rusiya Avropa ilə vuruşmaq niyyətində deyil, amma Avropa başlayarsa, biz buna dərhal hazırıq", - o deyib. 

Putin Avropa ölkələrinin hansı tələblərini qəbuledilməz hesab etdiyinə aydınlıq gətirməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp ABŞ-də doğulanlara vətəndaşlıq verməyi məhdudlaşdıran fərman imzalayıb

7 Avqust 2026

The White House

ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydalarını məhdudlaşdıran iki fərman imzalayıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Fərmanlardan biri ABŞ-də doğulan, lakin vətəndaşlıq ala bilməyəcək xarici vətəndaşların uşaqlarının kateqoriyalarını müəyyən edir. Sənədə əsasən, doğumla ABŞ vətəndaşlığı ala bilməyəcək uşaqlar sırasına xarici diplomatların, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin uşaqları daxildir. Həmçinin valideynlərindən biri doğumla vətəndaşlıq əldə etmək məqsədilə saxta və ya kommersiya xarakterli razılaşmada iştirak edən uşaqlar, eləcə də ABŞ-də doğuş üçün surroqat ana ilə kommersiya müqaviləsi bağlayan valideynlərin uşaqları da bu kateqoriyaya aid edilir. Fərmanda ABŞ ərazisinin və ya ərazi sularının federal...
Dünya

Hüquq müdafiəçiləri: “Təkcə iyul ayında İranda azı 71 nəfər edam edilib”

7 Avqust 2026

IHRNGO

İranda 2026-cı ilin ilk yeddi ayı ərzində azı 444 nəfər edam edilib. Onlardan 71-i təkcə iyul ayında edam olunub. Bu barədə avqustun 6-da İran İnsan Haqları Təşkilatı (IHRNGO) məlumat yayıb. Təşkilatın məlumatına görə, iyul ayında edam olunanlardan 36 nəfər qətl, 26 nəfər narkotiklə bağlı cinayətlər, 8 nəfər milli təhlükəsizlik ittihamları, 1 nəfər isə zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilib. Edam olunanlar arasında 6 etirazçı da olub. Hüquq müdafiəçilərinin hesabatına əsasən, ilin əvvəlindən indiyədək edam edilənlər arasında 12 qadın, 17 xarici ölkə vətəndaşı və 80 etnik azlığın nümayəndəsi var. Həmçinin edam olunanlar arasında 28 etirazçı (26 nəfəri yanvar etirazları, 2...

Seçilmiş Videolar

Toplum TV loqo