Dünya

Rusiyada ölümünü saxtalaşdıran dövlət rəsmisinin 13 il sonra tapıldığı deyilir

23 Fevral, 2026
110

Foto: Rusiya İstintaq Komitəsi

Rusiyada öldüyü güman edilən bir dövlət rəsmisinin 13 il sonra tapıldığı deyilir. 

İddia olunur ki, şəxs dələduzluq ittihamı ilə bağlı cinayət məsuliyyətindən qaçmaq üçün "yoxa çıxıb" və öz ölümünü saxtalaşdırıb. 

"Komsomolskaya Pravda" və "İzvestiya" nəşrlərinin fevralın 20-də verdiyi xəbərə görə, əvvəllər Rusiyanın Astraxan bölgəsində mənzil-kommunal xidmətləri nazirinin birinci müavini olmuş Marianna Stupina 2012-ci ildə dələduzluq üzrə yeddi il həbs cəzasına məhkum edildikdən sonra itkin düşüb və öldüyü güman edilib. 

Nəşrlər bildirir ki, axtarışda olan məmur cinayət təqibindən qaçmaq üçün həmin vaxt Tatarıstan ərazisinə gedib. Hüquq-mühafizə orqanları iddia edir ki, Stupina məhz orada öz ölümünü saxtalaşdırmaq üçün plan qurub.

"Komsomolskaya Pravda" Rusiyanın İstintaq Komitəsinə istinadən yazıb ki, Stupina gizləndiyi vaxt itkin şəxslər barədə elanları izləyib və özünə bənzəyən bir qadının meyiti tapılana qədər gözləyib. 

Komitə bildirir ki, Stupina meyitin ona məxsusluğunu təsdiqləməsi üçün həyat yoldaşını göndərib. Həyat yoldaşının hətta saxta ölüm şəhadətnaməsini istintaqçılara təqdim etdiyi və meyiti Stupina kimi dəfn etdiyi deyilir. 

Əlavə olunur ki, Stupina uzun illər başqa şəxsin pasportunun surətindən istifadə edərək özünü fərqli şəxs kimi təqdim edərək yaşayıb və buna görə onun işi üzrə aparılan cinayət təqibi uzun müddət əvvəl dayandırılıb.

Həqiqətin isə başqa bir cinayət əməlinin araşdırması zamanı ortaya çıxdığı deyilir. Hüquq-mühafizə orqanlarının dediyinə görə, onlar vaxtilə Stupinanın dələduzluq sxeminin qurbanı olmuş iki nəfərin qətlini araşdırarkən onun gizləndiyi evdə axtarış aparıblar. 

"İzvestiya" yazır ki, axtarış zamanı evdə olan Stupina şəxsiyyətini gizlətməyə çalışıb, amma əri istintaqa hər şeyi tam etiraf edib. 

Keçmiş birinci müavinin hazırda həbsdə olduğu və vaxtilə hökm edildiyi həbs cəzasını çəkdiyi bildirilir.

İstintaq Komitəsinin onun hökmün icrasından yayınması və şəxsiyyətini gizlətməsi ilə bağlı əlavə ittihamlar irəli sürəcəyi də deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

28 Oktyabr 2026

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ideyasını səsləndirib. Tramp bu barədə oktyabrın 27-də Texas ştatının Korpus-Kristi şəhərində Respublikaçı namizədlərə dəstək mitinqində danışıb. O, Venesuelanın gələcəkdə çiçəklənəcəyini deyərək ölkənin ABŞ-nin tərkibinə daxil olmasının mümkünlüyünü dilə gətirib: “Kim bilir, bəlkə də tezliklə o, çiçəklənən 51-ci ştata çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək”. Tramp Venesuelada prezident seçkisi əvəzinə qubernator seçkisi keçirilməsini də təklif edib: “Orada prezident deyil, qubernator seçkisi keçirək. Necə fikirdir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”. Çıxışında Tramp ABŞ-yə Venesueladan bir milyon barrel xam neft gətirən tankerdən də danışıb. O, neftin ABŞ-yə vergi ödəyiciləri üçün xərc...
Dünya

Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər

26 Oktyabr 2026

sosial media

“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib. Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər.  “Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib. Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər. “Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib. O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər...

Seçilmiş Videolar

Toplum TV loqo