whitehouse.gov
ABŞ prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ideyasını səsləndirib.
Tramp bu barədə oktyabrın 27-də Texas ştatının Korpus-Kristi şəhərində Respublikaçı namizədlərə dəstək mitinqində danışıb.
O, Venesuelanın gələcəkdə çiçəklənəcəyini deyərək ölkənin ABŞ-nin tərkibinə daxil olmasının mümkünlüyünü dilə gətirib: “Kim bilir, bəlkə də tezliklə o, çiçəklənən 51-ci ştata çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək”.
Tramp Venesuelada prezident seçkisi əvəzinə qubernator seçkisi keçirilməsini də təklif edib: “Orada prezident deyil, qubernator seçkisi keçirək. Necə fikirdir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”.
Çıxışında Tramp ABŞ-yə Venesueladan bir milyon barrel xam neft gətirən tankerdən də danışıb. O, neftin ABŞ-yə vergi ödəyiciləri üçün xərc yaratmadan çatdırıldığını iddia edib və yükün Texasda, o cümlədən Korpus-Kristidə emal olunacağını bildirib.
Tramp ABŞ-nin dünyadakı neftin böyük hissəsinə nəzarət etdiyini və ölkənin neft ehtiyatlarının digər ölkələrdən çox olduğunu da deyib. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ 2025-ci ildə dünyada ən çox xam neft hasil edən ölkə olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Obama: “İrana qarşı müharibə enerji qiymətlərini artırıb, Tehranın neft tədarükünə təsir imkanlarını genişləndirib”
reuters
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”