Foto: AP
Serbiyanın energetika naziri Dubravka Yedovic-Handanovic yaxın günlərdə “Qazprom”un ölkənin əsas yanacaq təchizatçısı statusundan məhrum edilməsi niyyətində olduğunu bildirib.
Nazirin sözlərinə görə, bu addım Serbiyanın qaz bazarının liberallaşdırılması məqsədilə atılacaq və ölkənin enerji sektorunda islahatlara start veriləcək.
Qərarın Rusiya və Serbiya arasında yeni uzunmüddətli qaz müqaviləsinə dair aparılan danışıqları təhlükə altına sala biləcəyi istisna edilmir.
Qaz təchizatının şaxələndirilməsi Avropa İttifaqına üzvlük üçün əsas tələblərdən biridir. Enerji bazarının liberallaşdırılması ilə bağlı tələblər fonunda Belqrad Avropa İttifaqı tərəfindən ciddi təzyiqlərlə üzləşir. Avropa Komissiyasının Serbiyanın Aİ-yə üzvlüyünə dair 2024-cü il üzrə hesabatında “Qazprom”dan asılılığın azaldılması və qaz bazarında yeni iştirakçılar üçün maneələrin aradan qaldırılması çağırışı yer alır.
Brüssel Rusiyanın Serbiya qaz bazarındakı dominant mövqeyini Moskvanın siyasi təsir aləti kimi qiymətləndirir və Aİ-nin məqsədi regionda Rusiyanın mövcudluğunu minimuma endirməkdir.
Belqrad Rusiya qazına alternativ olaraq Azərbaycandan boru qazı, ABŞ-dən isə mayeləşdirilmiş təbii qaz (LNG) idxalını nəzərdən keçirə bilər.
Lakin ekspertlər bu keçidin sadə vətəndaşlar üçün çətinlik yaradacağını və ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini proqnozlaşdırırlar.
“Serbiyaqaz”ın direktoru Duşan Bayatoviç daha əvvəl bəyan etmişdi ki, sentyabr ayında Rusiya ilə ən azı üç il müddətinə yeni qaz təchizatı müqaviləsinin imzalanması gözlənilir. May ayında isə Moskva və Belqrad mövcud müqavilənin müddətini sentyabrın 30-dək uzatmışdı. Hal-hazırda Serbiya gündəlik 6 milyon kubmetr qaz alır.
Rusiyanın Serbiyadakı səfirliyi “İzvestiya”ya bildirib ki, hazırda yeni uzunmüddətli müqavilə üzrə danışıqlar aparılır. Rusiya tərəfi həmçinin Serbiyanın qaz nəqli infrastrukturunun təkmilləşdirilməsində iştirak etdiyini də qeyd edib.
Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, hökumət daxilində qaz bazarının liberallaşdırılması məsələsində fikir ayrılığı mövcuddur. Baş nazir Djuro Matsut və “Serbiyaqaz”ın rəhbəri Duşan Bayatoviç bu dəyişikliklərin əleyhinədir. Lakin qərarın qəbulu energetika nazirinin səlahiyyətindədir.
Handanovic bildirib ki, yaxın vaxtlarda Azərbaycanla yeni qaz müqavilələrinin imzalanması ilə bağlı danışıqlara başlanacaq. Hazırkı müqaviləyə əsasən, Serbiya 2026-cı ilə qədər Azərbaycandan ildə 400 milyon kubmetrədək qaz alır. Nazir bu həcmi 1 milyard kubmetrə çatdırmaq niyyətindədir.
Qaz təchizatı Bolqarıstandan gələn boru kəməri ilə həyata keçirilir. Bundan əlavə, Serbiyanı Şimali Makedoniya ilə birləşdirəcək yeni qaz kəmərinin inşası da davam edir.
Bununla belə, mövcud həcmlə Rusiyadan gələn qazı tam əvəzləmək mümkün deyil. Alternativ kimi qlobal bazardan LNG alınması nəzərdən keçirilir.
ABŞ bu sahədə xüsusi maraq göstərir; Aİ qarşıdakı üç il ərzində ABŞ-dən 750 milyard dollar dəyərində enerji (əsasən LNG) almağa razılıq verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: Reuters
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?