Dünya

Siyasətdə emosiyaya yer yoxdur - Peskov

7 Fevral, 2025
186

Reuters

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, siyasətdə emosiyaya yer yoxdur. 

O, jurnalistlərin Vladimir Putinin Volodimir Zelenskini düşmən hesab edib-etməməsi ilə bağlı sualına belə cavab verib.

"Burada emosiyalara yer ola bilməz və olmamalıdır. Hüquqi təhlil və mütləq praqmatizm üçün yer var. Biz baş verənlərdən tam xəbərdar olmalıyıq", Kreml sözçüsü cavab verib.

Peskov jurnalistlərlə söhbətində onu da əlavə edib ki, SVO (hava hücumundan müdafiə sistemi) prosesinin spesifik xarakteri dialoq təşəbbüsünün Ukraynadan gəlməli olduğunu göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

"Avroviziya" qalibi İsrailə etiraz olaraq mükafatı qaytarır

13 Dekabr 2025

Foto: AP

Ötən il "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçli müğənni Nemo gələn il yarışda İsrailin iştirakına etiraz olaraq mükafatını qaytaracağını deyir.  Bu barədə o, "İnstagram" səhifəsində xəbər verib.  Onun sözlərinə görə, İsrailin müsabiqədə iştirakı ilə müsabiqənin müdafiə etdiyini bildirdiyi "birlik, inklüzivlik və ləyaqət idealları arasında açıq bir ziddiyyət" var.  Nemo bunu İsrailin Qəzza zolağında "soyqırımı" törətməsi ilə izah edib.  "Avroviziya" Mahnı Müsabiqəsinin direktoru Martin Qrin bildirib ki, bu xəbərdən “kədərlənib”, lakin Nemonun mövqeyinə hörmət edir. İsrailin gələn il "Avroviziya"da iştirakına qərar verilməsi Qəzzadakı müharibə fonunda qalmaqala səbəb olub. Beş ölkə - İslandiya, İspaniya, İrlandiya, Sloveniya və Niderland  İsrailin iştirakına görə gələn...
Dünya

İranda Nobel mükafatçısı Nərgiz Məhəmmədinin saxlanıldığı bildirilir

12 Dekabr 2025

Foto: açıq mənbə

2023-cü ildə Nobel Sülh Mükafatını qazanmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin İranda saxlanıldığı bildirilir.  Bu barədə onun yaxınları məlumat yayıb.  Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani "X" səhifəsində bildirib ki, fəal Məşəd şəhərində keçirilən tədbirdə digər tanınmış fəal Sepide Qolyanla birlikdə saxlanılıb. Həmin tədbirdə iştirak edən Məhəmmədinin qardaşı da xəbəri təsdiqləyib.  İran hüquq-mühafizə orqanları isə 53 yaşlı Məhəmmədinin saxlanılması ilə bağlı dərhal açıqlama verməyib. Bununla belə, tərəfdarları aylardır onun yenidən həbs edilmə riski altında olduğu barədə xəbərdarlıq edirdilər. Daha öncə də həbsdə olan N.Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdən müvəqqəti olaraq azad edilmişdi. O, İranda ölüm cəzasına və məcburi...

Seçilmiş Videolar

Toplum TV loqo