bizim.media
Bu gün Kazanda dünyanın ən böyük qeyri-Qərb ölkələrinin daxil olduğu BRİKS təşkilatının sammiti başlayıb. Bu, Ukraynada müharibə başlayandan bəri Rusiyada keçirilən ən böyük beynəlxalq tədbirdir - Çin, Hindistan, Cənubi Afrika da daxil olmaqla, iyirmi ölkənin liderləri, o cümlədən BMT-nin baş katibi sammitdə iştirak edir.
Rusiyanın dövlət mediası yazır ki, müharibənin üçüncü ilində Moskvanın təcrid olunmasından söhbət belə gedə bilməz.
Putin tədbirdəki çıxışında deyib ki, 2024-cü ilin sonunda BRİKS ölkələrinin dünya iqtisadiyyatındakı payı 36,7% olacaq və bu, G7 ölkələrinin payından xeyli çoxdur.
O təklif edib ki, milli iqtisadiyyatları və qlobal Cənub və Şərq ölkələrini dəstəkləmək üçün BRIKS-in yeni investisiya platforması yaradılsın. Bundan başqa, Putin taxıl satışında ədalətli qiymət indiqatorlarının formalaşdırılması üçün BRİKS-də taxıl birjasının açılmasını da təklif edib.
Rusiya prezidenti deyib ki, BRİKS ölkələri rəqibləri bazardan kənarlaşdırmaq məqsədi güdən iqlim gündəmindən istifadə cəhdlərinə müqavimət göstəməlidirlər. Onun sözlərinə görə, ÜTT məsələləri üzrə BRİKS məsləhətləşmə mexanizminin işə salınması qlobal iqtisadiyyat üçün daha ədalətli oyun qaydalarına dair ümumi mövqenin formalaşmasına kömək edəcək. Putin bildirib ki, ticarət mübahisələrinin həlli üçün BRİKS gələcəkdə mexanizmlər yarada biləcək.
Çin lideri Si Tsinpin sammitdəki çıxışında Ukrayna konfliktinin genişlənməsinin və yayılmasının qarşısını almağa çağırıb. O qeyd edib ki, Çin, Braziliya və Qlobal Cənub ölkələrinin Ukraynadakı müharibəylə bağlı yaratdıqları “Sülh Dostları” qrupu “sülhə dəstək üçün böyük səsləri birləşdirmək məqsədi daşıyır”.
İran prezidenti Mahmud Pezeşkiansa deyib ki, dolların qlobal iqtisadiyyatda rolunu azaltmaq üçün səyləri davam etdirmək lazımdır. O, BRIKS-in valyuta səbətini və ya dollardan asılı olmayan yeni hesablaşma mexanizmini, yaxud da qarşılıqlı ticarəti asanlaşdırmaq üçün elektron platformasını yaratmağı təklif edib.
"Biz Qərb ödəniş sistemlərindən asılı olmamalıyıq - bu, bütün ölkələr üçün böyük təhlükədir. Bəlkə də, bu gün yox. Amma sabah olacaq" – Pezeşkian belə deyib.
O, gələcəkdə bəzi ölkələrin digərlərinə qarşı sanksiyalar tətbiq etməməsi üçün BRİKS üzvlərini əməli addımlar atmağa çağırıb. İran prezidenti bu sanksiyalara qarşı çıxmaq üçün birləşməyi və kollektiv mexanizmlər yaratmağı təklif edib.
“İran strateji mövqeyinə görə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri də daxil olmaqla, bir sıra beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit qovşağıdır” deyən Pezeşkian şıxışında daha bir təklif səsləndirib - BRİKS-də enerji tranziti üçün yeni şəbəkə formalaşdırılsın.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
"ChatGPT"-nin intihar etməyə kömək etdiyi yeniyetmənin ailəsi şirkəti məhkəməyə verir
Foto: New York Times
Foto: Reuters
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Britaniya Eldar Mahmudovun ailəsinin sərvətini “səhlənkar” yoxlayan vəkili cəzalandırıb