Dünya

Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir!” adlı çoxminlik aksiya keçirilib

21 Oktyabr, 2024
218

xeber.ge

Tbilisinin mərkəzində, parlament seçkilərinə altı gün qalmış Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığına dəstək məqsədilə çoxminlik konsert keçirilib.

Gürcüstan Avropa İttifaqını seçir!” şüarı altında keçirilən aksiyanın iştirakçıları Tbilisinin beş fərqli yerində toplaşaraq “Azadlıq” meydanına doğru yürüş ediblər. Gürcüstan Prezidenti Salome Zurabişvili aksiya iştirakçıları qarşısında çıxış edib.

“Azadlıq və sülhdən dəyərli heç nə yoxdur. Bu gün burda o cəmiyyət, o şəxslər, o gürcülər toplaşıblar ki, Avropaya sülh yolu ilə, ləyaqətlə və gürcüsayağı daxil olurlar” – Zurabişvili belə deyib.

Zurabişvili çıxışı zamanı Maya Sanduya müraciət edərək onun və Avropa referendumunun qələbəsinə, eləcə də Ukrayna prezidentinə ümid etdiyini bildirib:

“Mən burdan Vladimir Zelenskiyə üz tutub demək istəyirəm ki, onun bizim üçün vuruşduğunu bilirik. O qalib gələcək və biz birlikdə Avropaya daxil olacağıq!”

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Prezident və müxalifət bəyan edirlər ki, bu seçki əslində referendumdur, xalq Gürcüstan üçün taleyüklü bir seçim edəcək - avropalı gələcək, yoxsa Rusiyanın boyunduruğu altında izolyasiya.

Hakim Gürcü Arzusu Partiyası isə səsverməni sülh və müharibə arasında seçim  kimi təqdim edir; özünü ölkədə sülhün və inkişafın qarantı, müxalifəti isə Gürcüstanı müharibəyə sürükləməyə və Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışan agent adlandırır.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Peter Madyarın toxunulmazlığı ləğv olunub

28 Sentyabr 2026

şəxsi arxivi

Macarıstan parlamenti baş nazir Peter Madyarın deputat toxunulmazlığının ləğvi barədə prokurorluğun vəsatətini təmin edib. “Index” və “Telex” nəşrlərinin məlumatına görə, parlament keçmiş baş nazir Viktor Orbanın hökumətində nazir olmuş iki deputatın da toxunulmazlığını ləğv edib. Madyarla bağlı istintaq 2024-cü il iyunun 21-də gecə klubunda baş vermiş hadisə ilə əlaqədardır. İstintaq onun özünü videoya çəkən kişinin telefonunu əlindən alaraq Dunay çayına atdığını iddia edir. Macarıstan prokurorluğu 2024-cü ilin sentyabrında həmin vaxt Avropa Parlamentinin deputatı olan Madyarın toxunulmazlığının ləğvi üçün müraciət etsə də, rədd cavabı alıb. 2026-cı ilin mayında onun rəhbərlik etdiyi “Tisa” partiyasının parlament seçkilərində qələbəsindən və Madyarın deputat mandatı qazanmasından...
Dünya

Kallas Aİ ölkələrini Ukraynaya “Patriot” raketləri verməyə çağırıb

28 Sentyabr 2026

euperspectives.eu

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Aİ ölkələrini ehtiyatlarındakı “Patriot” raketlərini Ukraynaya verməyə çağırıb. “Yevropeyska Pravda”nın məlumatına görə, Kallas bunu sentyabrın 28-də Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib. “Ukraynanın hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Biz yenidən anbarlarında bu raketlər olan ölkələrə müraciət edirik. Onlar raketləri Ukraynaya verə bilərlər ki, daha sonra istehsal olunacaq ‘Patriot’ raketləri onların ehtiyatlarını bərpa etsin”, - Kallas bildirib. Aİ Şurasının açıqladığı gündəliyə əsasən, görüşdə Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiənin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunur. Ukraynaya “Patriot” raketlərinin çatdırılmasının sürətləndirilməsi bundan əvvəl də müzakirə edilib. ...

Seçilmiş Videolar

Toplum TV loqo