Dünya

Texas daşqınlarında onlarla insan ölüb

7 İyul, 2025
18

Foto: Reuters

ABŞ-ın Texas ştatında iyulun 4-dən etibarən yağan güclü yağışlar nəticəsində böyük daşqınlar baş verib. 

CNN-in məlumatına görə, Quadalupe çayının səviyyəsi cəmi bir saat ərzində 8-9 metr yüksələrək ətraf əraziləri su altında qoyub.

Daşqınlar nəticəsində azı 82 nəfər həlak olub, onlardan 28-i uşaqdır. 

Ən çox zərər çəkmiş bölgələrdən biri olan Kerrdə 68 nəfər həlak olub, onlardan 28-i uşaqdır.

Onlarla uşaq və bir nəzarətçi itkin düşmüş sayılır.

Fövqəladə hallar xidmətləri artıq 850-dən çox insanı xilas edib. ABŞ Prezidenti Donald Tramp ərazini fəlakət zonası elan edib və federal yardımlar göndərilib.

Sinoptiklər növbəti günlərdə də bölgədə güclü yağışların davam edəcəyini xəbərdar edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Putinin işdən çıxardığı nazir bir neçə saat sonra ölü tapılıb 

7 İyul 2025

Foto: Reuters

Rusiya Prezidenti Vladimir Putinin bu gün vəzifədən kənarlaşdırdığı nazir bir neçə saat sonra ölü tapılıb. Rusiya mətbuatı keçmiş nəqliyyat naziri Roman Staravoitin meyitinin iyulun 7-də Moskva vilayətində, Myakinino kəndindəki evində tapıldığını yazıb.  3 milyondan çox izləyicisi olan "Mash" Telegram kanalı iddia edib ki, keçmiş nazir özünü vaxtilə Daxili İşlər Nazirliyinin ona hədiyyə etdiyi tapança ilə vurub.  Rusiyanın İstintaq Komitəsi hadisənin araşdırılmasında intihar motivinin nəzərdən keçirildiyini bildirib.  İyulun 7-də Putinin sərəncamı ilə işdən çıxarılan Staravoit ötən ilin mayından bu postda olub. O, daha öncə Kursk vilayətinin qubernatoru olub.
Dünya

Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini deyib

7 İyul 2025

Foto: açıq mənbə

İran Prezidenti Məsud Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini bildirib.  O, bunu amerikalı jurnalist Taker Karlsona iyulun 7-də yayımlanan müsahibədə deyib.  Onun sözlərinə görə, hücum vaxtı o, iclas keçirirmiş və İsrail ordusu iclas keçirilən binanın olduğu ərazini bombalayıb.  "Onlar [İsrail] məni də öldürməyə cəhd etdilər, lakin uğursuzluğa düçar oldular. İnanclı şəxs kimi mən inanıram ki, kimin nə vaxt ölüb-ölməyəcəyinə Allah qərar verir. Allah istəsə, küçədə getdiyiniz yerdə də ölə bilərsiniz. Mən özümü ölkəmin müdafiəsi, suverenliyi və azadlığı üçün qurban verməkdən qorxmuram. Amma sual budur ki, daha çox insan öldürmək bu regiona sülh və əmin-amanlıq gətirəcəkmi?", - Pezeşkian qeyd edib.  Prezident...

Seçilmiş Videolar

Toplum TV loqo