Dünya

Trampın müttəfiqi olan sağçı fəal qətlə yetirilib 

11 Sentyabr, 2025
46

Foto: Tess Crowley

ABŞ-də prezident Donald Trampın ən yaxın dəstəkçilərindən olan nüfuzlu sağçı fəal Çarli Kirk qətlə yetirilib. 

Ölkəboyu universitet kampuslarında ictimai debatlar etməsi ilə tanınan 32 yaşlı Kirk sentyabrın 10-da Yuta Universitetində analoji tədbirdə öldürülüb. 

Sosial mediada yayılan videoda fəalın boynundan güllə ilə vurulduğu görünür. 

Yerli polis əvvəlcə bir nəfəri şübhəli qismində saxlasa da, sonradan o,  azadlığa buraxılıb. An etibarilə qatilin axtarışları davam edir. Federal Təhqiqatlar Bürosu da (FBI) axtarışlara qoşulub. 

Kirkin ölüm xəbərini prezident Donald Tramp "Truth Social" səhifəsindən anons edib. 

O, daha sonra Oval Ofisdən etdiyi 4 dəqiqəlik videomüraciəti paylaşıb. Tramp çıxışında Kirkin ölümünü “Amerika üçün qaranlıq gün” adlandırıb və  “radikal solun ritorikasını" siyasi zorakılığa səbəb olmaqda günahlandırıb.

2012-ci ildə, 18 yaşında mühafizəkar "Dəyişim Nöqtəsi - Amerika" təşkilatını yaradan Çarli Kirk gənclər arasında sağçı ideyaları yaymaqla məşğul olub. 

Kirk Trampın 2016-cı və 2024-cü illərdə prezident seçilməsində, gənc seçicilərin səsini qazanmasında böyük pay sahibi hesab olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İsrail Qətərdə HƏMAS rəhbərliyini hədəfə alıb 

9 Sentyabr 2025

Foto: Reuters

İsrail ordusu Qətərin paytaxtı Dohada mənzillənən HƏMAS rəhbərliyini hədəfə alan hücumlar təşkil edib.  Bu barədə sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayıb.  Dohada bir neçə dəfə partlayış səsləri eşidilib və tüstü müşahidə olunub.  HƏMAS mənbəsinin “Al Jazeera"-yə bildirdiyinə görə, hücum HƏMAS-ın İsraillə danışıqlar aparan qrupunu hədəf alıb. O həm də qeyd edib ki, hücum HƏMAS nümayəndələrinin ABŞ-nin irəli sürdüyü  Qəzzada son atəşkəs təklifini müzakirə etmək üçün toplandıqları vaxt baş verib. HƏMAS daha sonra danışıqlar qrupu başçısının oğlu da daxil olmaqla 5 üzvünün hücumda həlak olduğunu bəyan edib. Danışıqlar aparan şəxslərin öldürülməsini isə inkar edib.  Qətər Xarici İşlər Nazirliyinin sözçüsü...
Dünya

Gürcüstanda etiraz edən rusa 8 il yarım hökm oxunub

2 Sentyabr 2025

Foto: Publika

Gürcüstanda hökumət əleyhinə etirazlarda iştirak edən Rusiya vətəndaşına 8,5 il həbs cəzası verilib.  Anton Çeçin adlı 26 yaşlı etirazçı ötən ilin dekabrında Tbilisidə hökumət əleyhinə etirazlar zamanı saxlanılıb. Ona qarşı narkotik maddələrin daşınması ittihamı irəli sürülüb.  Etirazlarda aktiv iştirak edən Çeçin narkotik maddənin polis tərəfindən üzərinə qoyulduğunu deyib və həb­sini siyasi təzyiq kimi qiymətləndirib.  Sentyabrın 2-də oxunan hökm məhkəmə binasında Çeçinin dəstəkçilərinin etirazına və gərginliyə səbəb olub. Onlar binadan polis tərəfindən zorakılıqla çıxarılıblar.  Hazırda Gürcüstanda etirazlarda iştirak etmiş 6 nəfər narkotik maddələrlə əlaqədar ittihamla həbsdədir.  Rusiyanın Ukraynaya qarşı işğalını tənqid edən Çeçin 2022-ci ildə siyasi təqiblərdən yaxa qurtarmaq üçün ölkəsini...

Seçilmiş Videolar

Toplum TV loqo