Siyasət

Paşinyan "Tramp marşrutu" üçün BƏƏ modeli təklif edir 

11 Sentyabr, 2025
52

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yoldakı yoxlama prosesindən danışıb. 

Parlamentdə çıxış edən baş nazirdən müxalif deputat Aqnesa Xamoyan azərbaycanlıların sözügedən yoldan keçidi zamanı pasport və yüklərinin yoxlanışının necə olacağını soruşub. 

"Azərbaycanlılar Sünikdən keçəndə Ermənistan sərhədçiləri onların pasportlarını yoxlayacaqmı? Ermənistan gömrükçüsü onların yükünə baxacaqmı və əgər azərbaycanlılar həmin yolda hər hansı cinayət törətsələr, Ermənistan polisi müdaxilə edə bilərmi və Ermənistan hakimi onları mühakimə edə bilərmi?”, - deyə Xamoyan sual edib. 

Paşinyan sualların hamısına konkret cavab verməyib, lakin o, cavabında son texnologiyalardan danışıb. 

Baş nazir Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümunəsini göstərərək həmin ölkədə sərhədçilərin deyil, sensorlu avadanlığın insanların pasportlarını yoxladığını deyib. O bildirib ki, Ermənistan da bu texnologiyanı tətbiq etməlidir.

“İnsana toxunmaq, iyləmək, qulağını çəkmək, saçını dartmaqla onun həqiqi olub-olmadığını yoxlamaq üsulu bizim sərhədlərdə, heç kəsə qarşı tətbiq olunmamalıdır və olunmayacaq", - Paşinyan bəyan edib.

Xamoyan isə Paşinyanın cavabından belə nəticə çıxarıb: “Bu, heç koridor da deyil, bu, azərbaycanlılar üçün nəhəng bir meydança olacaq.”

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Simonyan: "Azərbaycanda mağazalarda erməni malları olacaq" 

11 Sentyabr 2025

Foto: parliament.am

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi ilə Azərbaycan arasında sülhün yaranma perspektivlərindən danışıb.  Jurnalistlərə danışan parlament sədri iki ölkə xalqları arasında münasibətlərin düzələcəyinə ümid etdiyini, lakin bunun üçün vaxt lazım olduğunu deyib.  "Əksər ermənilərin Azərbaycan sərhədçisinin üzünü görmək istəməməsi yaxşı hal deyil, çünki biz qonşuyuq və zaman keçdikcə bu məsələ də aktual olacaq. Həmin o ermənilər və azərbaycanlılar Moskvada birgə biznes qurur, dostluq edir və bir-birinin ad gününə gedirlər, başqa ölkələrdə də eynilə belədir", - o qeyd edib.  “Bəli, gərginlik var, həm bizdə, həm də onlarda yaralar təzədir. Biz adam öldürməmişikmi, azərbaycanlı tərəfdən ölən olmayıbmı?”, - Simonyan bildirib.  O əlavə...
Siyasət

Türkiyədə "Habertürk" və "Show TV" daxil olmaqla 121 şirkətə həbs qoyulub 

11 Sentyabr 2025

Foto: Habertürk

Türkiyədə "Can Holding" şirkətlər qrupuna qarşı cinayət işi açılıb.  Şirkət idarəçiləri cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və qanunsuz valyutanın leqallaşdırılması ittihamları ilə üzləşib.  10 nəfər barəsində şübhəli şəxs qismində saxlanma qərarı verilib.  Holdinqə daxil olan 121 şirkətin əmlak və aktivlərinə isə həbs qoyulub. Şirkətlər arasında "Show TV", "Habertürk", İstanbul Bilgi Universiteti, "Ciner Media", Doğa Məktəbləri İdarəçiliyi, "Turkish Tobacco" Tütün Məhsulları Satışı Anonim Şirkəti var. Saxlanılan şəxslərin "Can Holding"ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan külli miqdarda valyutanı leqallaşdırmağa çalışdığı vurğulanır. İttihama əsasən, holdinq altında yaradılan "məqsədyönlü cinayət təşkilatı" Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib. ...

Seçilmiş Videolar

Toplum TV loqo