Foto: Sosial media
Moskvada azərbaycanlı iş adamı Emin Ağalarova məxsus “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.
Bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıblar. Bağlanan restoranların "Aviapark" ticarət mərkəzində yerləşdiyi qeyd olunub.
İş adamına məxsus “Agalarov Development” şirkətindən "TASS" agentliyinə verilən məlumata görə, şirkət müstəqil layihələrə fokuslanmaq planlarına görə restoranları bağlayıb.
“Hazırkı strategiyanın bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə yönəldir”, - şirkətdən bildirilib.
Daşınmaz əmlak şirkəti “NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın "TASS"-a dediyinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər məkanlardakı restoranları da bağlanıb.
“Əsas səbəb müəssisələrin daha az səmərəli olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər. Auditoriya konseptlərin, xidmətin və təkliflərin daim yenilənməsini gözləyir. Bu, son illərdə baş verməyib, ona görə də layihələr təbii olaraq başa çatıb, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam edib”, - Xakberdiyeva qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: AFP
Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam"
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib