Foto: sosial media
Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov aclığı dayandırıb.
Bu barədə ictimai fəal Əmrah Təhməzov məlumat yayıb.
O bildirib ki, sentyabrın 11-də Səmədov nənəsi Zibeydə Osmanovaya zəng edərək səhhətinin pisləşdiyini, həkimlərin onu müayinə etdiyini deyib.
"Zibeydə nənə Bəhruza yalvarıb ki, aclığı dayandırsın, çünki bu yaşında onun aclığına dözə bilmir. Nənəsinin təkidi ilə Bəhruz aclıq aksiyasını dayandırıb.
Bəhruzu azad edin", - Təhməzov "Facebook" səhifəsində qeyd edib.
B.Səmədov sentyabrın 6-da Bakı Apellyasiya Məhkəməsinin onun haqqındakı hökmü qüvvədə saxlamasına etiraz olaraq aclığa başlayıb.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.
Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.
O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Abzas Media
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib