Ukraynalı idmançıya müharibə qurbanlarını yad edən dəbilqə ilə yarışmağa icazə verilməyib
Foto: Reuters
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ukraynalı idmançıya İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında müharibə qurbanlarını yad edən dəbilqə ilə çıxış etməyi qadağan edib.
Buna baxmayaraq, idmançı üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş idmançıların şəkillərinin əks olunduğu dəbilqə ilə çıxış etməyə davam edib.
Fevralın 10-u axşam skeleton yarışçısı Vladislav Heraskeviç sözügedən dəbilqə ilə məşqə çıxıb.
O bildirib ki, qadağan olunmuş dəbilqəni taxmağa davam etməyi planlaşdırır.
“Onu bütün məşqlərdə taxmışam. Bu gün taxdım, sabah da və yarış günü də taxacağam. Mən həqiqətən inanıram ki, biz heç bir qanunu və qaydanı pozmamışıq", - idmançı deyib.
Daha öncə isə luj yarışçısı Olena Smaxa üzərində “yad etmək qayda pozuntusu deyil” sözlərinin yazıldığı əlcəklə çıxış edib.
Ukrayna komandası dəbilqə qadağasına qarşı apellyasiya şikayəti verib və bildirir ki, bu, yarış zamanı siyasi bəyanatları qadağan edən Olimpiya Xartiyasının 50-ci maddəsinin pozuntusu hesab olunmur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Zelenski: “Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmini dronla vurub”
açıq mənbə
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”