Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr, 2026
9

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib.
Vens bu barədə öz “X” hesabında paylaşım edib.
O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir.
Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır.
O, Respublikaçıları baş verənlərdən nəticə çıxarmağa və partiyanın gələcək fəaliyyətinə diqqət yetirməyə çağırıb. Vens iqtisadi məsələlərlə bağlı seçki kampaniyası mesajlarının da kifayət qədər təsirli olmadığını etiraf edib.
Donald Tramp da müharibənin seçkilərdəki məğlubiyyətə təsir etdiyini qəbul edib. O, bununla belə, İrana qarşı hərbi əməliyyata başlamaq qərarından peşman olmadığını bildirib və müharibənin zəruri olduğunu vurğulayıb.
İranla müharibə qlobal neft təchizatına təsir göstərib və ABŞ-də yanacağın qiymətinin kəskin artmasına səbəb olub. Seçkilər zamanı keçirilən sorğuların nəticələrinə görə, seçicilərin təxminən 80 faizi inflyasiyanın onların həyatına mənfi təsir etdiyini bildirib. Respondentlərin 60 faizi isə yaşayış xərclərinin artmasına görə Tramp administrasiyasının siyasətini məsul tutub.
Noyabrın 3-də keçirilən seçkilər Donald Trampın ikinci prezidentlik müddətinin ilk aralıq seçkiləri olub. Seçkilər nəticəsində Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu ələ keçirərək Respublikaçıların Konqres üzərindəki nəzarətinə son qoyublar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ermənistan müxalifətinin liderlərindən biri Samvel Karapetyan həbs olunub

4 noyabr 2026

sosial media

Ermənistanın tanınmış iş adamı, “Tashir” şirkətlər qrupunun təsisçisi və “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan noyabrın 4-də həbs olunub. Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Qurumun açıqlamasına görə, Karapetyan və daha 35 nəfərlə bağlı “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə külli miqdarda maddi ziyan vurulması, etibar edilmiş əmlakın mənimsənilməsi və çirkli pulların yuyulması iddiaları üzrə cinayət təqibi başlanıb. İstintaq Komitəsinin məlumatında şirkətə dəymiş ümumi ziyanın 64 milyard 585 milyon dramdan çox olduğu bildirilir. Qurumun versiyasına görə, 2016–2024-cü illərdə şirkətin rəhbər şəxsləri real ehtiyacdan artıq kredit vəsaitləri cəlb edib, sonradan həmin vəsaitləri səhmdarlara dividend, eləcə də əlaqəli şirkətlərə borc və avans...
Dünya

Tramp ABŞ-nin İsrailə 4 milyard dollarlıq yardımını dayandıracağını açıqlayıb

4 noyabr 2026

whitehouse

ABŞ prezidenti Donald Tramp ilin sonundan etibarən İsrailə hər il ayrılan təxminən 4 milyard dollarlıq maliyyə yardımının dayandırılacağını bildirib. “Reuters”in məlumatına görə, Tramp bu barədə ABŞ-də aralıq seçkilərin keçirildiyi gün “Fox News” telekanalına müsahibəsində danışıb. O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə bir neçə ay əvvəl əldə edilən razılaşmaya əsasən, Vaşinqton ilin sonundan etibarən İsrailə müntəzəm maliyyə yardımı göstərməyəcək. Bununla belə, Tramp İsrailin ehtiyac yaranacağı təqdirdə ABŞ-nin dəstəyini ala biləcəyini və Amerika silahlarını satın almağa davam edə biləcəyini vurğulayıb. Tramp İsrailin artıq bu maliyyə yardımına ehtiyac duymadığını bildirib. O, həmçinin ABŞ-nin İsrailə ayırdığı vəsaitin ölkə daxilində siyasi müzakirələrdə...

Seçilmiş Videolar

Toplum TV loqo