Tramp ABŞ-nin İsrailə 4 milyard dollarlıq yardımını dayandıracağını açıqlayıb
whitehouse
ABŞ prezidenti Donald Tramp ilin sonundan etibarən İsrailə hər il ayrılan təxminən 4 milyard dollarlıq maliyyə yardımının dayandırılacağını bildirib.
“Reuters”in məlumatına görə, Tramp bu barədə ABŞ-də aralıq seçkilərin keçirildiyi gün “Fox News” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə bir neçə ay əvvəl əldə edilən razılaşmaya əsasən, Vaşinqton ilin sonundan etibarən İsrailə müntəzəm maliyyə yardımı göstərməyəcək. Bununla belə, Tramp İsrailin ehtiyac yaranacağı təqdirdə ABŞ-nin dəstəyini ala biləcəyini və Amerika silahlarını satın almağa davam edə biləcəyini vurğulayıb.
Tramp İsrailin artıq bu maliyyə yardımına ehtiyac duymadığını bildirib. O, həmçinin ABŞ-nin İsrailə ayırdığı vəsaitin ölkə daxilində siyasi müzakirələrdə istifadə edilməsini dayandırmaq qərarının səbəblərindən biri kimi göstərib.
ABŞ və İsrail arasında mövcud hərbi yardım saziş çərçivəsində İsrailə hər il 3,8 milyard dollar ayrılması nəzərdə tutulur. Saziş 2028-ci ilin sentyabrınadək qüvvədədir. Trampın açıqladığı qərarın mövcud sazişə hansı mexanizmlə təsir edəcəyi isə hələlik aydın deyil.
“Reuters”in məlumatına görə, Ağ Ev və Benyamin Netanyahunun ofisindən məsələ ilə bağlı sorğuya cavab verilməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ukraynada hərbi hissəni tərk edənlərin saxlanıldığı binada işgəncə iddiaları araşdırılır
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar