Dünya

Tramp ABŞ-nin İsrailə 4 milyard dollarlıq yardımını dayandıracağını açıqlayıb

4 noyabr, 2026
9

whitehouse

ABŞ prezidenti Donald Tramp ilin sonundan etibarən İsrailə hər il ayrılan təxminən 4 milyard dollarlıq maliyyə yardımının dayandırılacağını bildirib.

“Reuters”in məlumatına görə, Tramp bu barədə ABŞ-də aralıq seçkilərin keçirildiyi gün “Fox News” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə bir neçə ay əvvəl əldə edilən razılaşmaya əsasən, Vaşinqton ilin sonundan etibarən İsrailə müntəzəm maliyyə yardımı göstərməyəcək. Bununla belə, Tramp İsrailin ehtiyac yaranacağı təqdirdə ABŞ-nin dəstəyini ala biləcəyini və Amerika silahlarını satın almağa davam edə biləcəyini vurğulayıb.

Tramp İsrailin artıq bu maliyyə yardımına ehtiyac duymadığını bildirib. O, həmçinin ABŞ-nin İsrailə ayırdığı vəsaitin ölkə daxilində siyasi müzakirələrdə istifadə edilməsini dayandırmaq qərarının səbəblərindən biri kimi göstərib.

ABŞ və İsrail arasında mövcud hərbi yardım saziş çərçivəsində İsrailə hər il 3,8 milyard dollar ayrılması nəzərdə tutulur. Saziş 2028-ci ilin sentyabrınadək qüvvədədir. Trampın açıqladığı qərarın mövcud sazişə hansı mexanizmlə təsir edəcəyi isə hələlik aydın deyil.

“Reuters”in məlumatına görə, Ağ Ev və Benyamin Netanyahunun ofisindən məsələ ilə bağlı sorğuya cavab verilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ermənistan müxalifətinin liderlərindən biri Samvel Karapetyan həbs olunub

4 noyabr 2026

sosial media

Ermənistanın tanınmış iş adamı, “Tashir” şirkətlər qrupunun təsisçisi və “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan noyabrın 4-də həbs olunub. Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Qurumun açıqlamasına görə, Karapetyan və daha 35 nəfərlə bağlı “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə külli miqdarda maddi ziyan vurulması, etibar edilmiş əmlakın mənimsənilməsi və çirkli pulların yuyulması iddiaları üzrə cinayət təqibi başlanıb. İstintaq Komitəsinin məlumatında şirkətə dəymiş ümumi ziyanın 64 milyard 585 milyon dramdan çox olduğu bildirilir. Qurumun versiyasına görə, 2016–2024-cü illərdə şirkətin rəhbər şəxsləri real ehtiyacdan artıq kredit vəsaitləri cəlb edib, sonradan həmin vəsaitləri səhmdarlara dividend, eləcə də əlaqəli şirkətlərə borc və avans...
Dünya

Ukraynada hərbi hissəni tərk edənlərin saxlanıldığı binada işgəncə iddiaları araşdırılır

4 noyabr 2026

sosial media

Ukraynanın Kiyev vilayətində hərbi xidmətdən yayınan və hərbi hissəni özbaşına tərk edən şəxslərin saxlanıldığı binada işgəncə verilməsi ilə bağlı iddialar yayılıb. İddiaların ardınca yerli sakinlərlə Milli Qvardiya hərbçiləri arasında qarşıdurma baş verib. Ukrayna Dövlət Təhqiqatlar Bürosu hadisə ilə əlaqədar cinayət işi başladıb. “Reuters”in məlumatına görə, hadisə noyabrın 2-də Kiyev yaxınlığındakı Petropavlivska Borşahivka yaşayış məntəqəsində baş verib. Sosial şəbəkələrdə xüsusi yaşayış evinin zirzəmisində onlarla şəxsin qanunsuz saxlanıldığı, döyüldüyü və işgəncəyə məruz qaldığı, bəzi hallarda isə onların yaxınlarından pul tələb edildiyi iddia olunub. Bundan sonra təxminən 100 nəfər binanın qarşısına toplaşaraq orada saxlanılan şəxslərin azad olunmasını tələb edib. Qarşıdurma zamanı etirazçılarla hərbçilər...

Seçilmiş Videolar

Toplum TV loqo