Dünya

Ermənistan müxalifətinin liderlərindən biri Samvel Karapetyan həbs olunub

4 noyabr, 2026
85

sosial media

Ermənistanın tanınmış iş adamı, “Tashir” şirkətlər qrupunun təsisçisi və “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan noyabrın 4-də həbs olunub.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Qurumun açıqlamasına görə, Karapetyan və daha 35 nəfərlə bağlı “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə külli miqdarda maddi ziyan vurulması, etibar edilmiş əmlakın mənimsənilməsi və çirkli pulların yuyulması iddiaları üzrə cinayət təqibi başlanıb.

İstintaq Komitəsinin məlumatında şirkətə dəymiş ümumi ziyanın 64 milyard 585 milyon dramdan çox olduğu bildirilir.

Qurumun versiyasına görə, 2016–2024-cü illərdə şirkətin rəhbər şəxsləri real ehtiyacdan artıq kredit vəsaitləri cəlb edib, sonradan həmin vəsaitləri səhmdarlara dividend, eləcə də əlaqəli şirkətlərə borc və avans şəklində köçürüblər.

İstintaqın iddiasına əsasən, 2024–2025-ci illərdə şirkətdən 23 milyard 158 milyon dramdan artıq vəsait qanunsuz çıxarılıb. Bildirilir ki, həmin vəsaitlər əlaqəli şirkətlər vasitəsilə dövriyyəyə buraxılaraq leqallaşdırılıb.

Məlumata görə, cinayət işi çərçivəsində noyabrın 4-də Ermənistanın 65 ünvanında, o cümlədən yaşayış evlərində və şirkətlərin fəaliyyət göstərdiyi obyektlərdə axtarış aparılıb.

Samvel Karapetyan 2025-ci ilin iyununda hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırış ittihamı ilə saxlanılmışdı. O, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi rəqiblərindən biri hesab olunur.

Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası 2026-cı il parlament seçkilərində iştirak edib. Karapetyan baş nazir postuna iddialı siyasi fiqur kimi çıxış etsə də, Rusiya vətəndaşlığı onun mövcud konstitusion tələblərə əsasən bu vəzifəyə seçilməsinə maneə yaradır. Partiya hakimiyyətə gələcəyi təqdirdə bu qaydaların dəyişdirilməsini təklif edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...
Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr 2026

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib. Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir. O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır. İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın...

Seçilmiş Videolar

Toplum TV loqo