İqtisadiyyat

Ekspert: "Elektron xidmət sahəsində də inhisarçılıq var" 

21 Aprel, 2021
2839

Açıq mənbələrdən götürülüb

""ASAN imza"dan istifadəni məcburiləşdirirlər".

Adının çəkilməsini istəməyən sahibkarlardan biri "Toplum TV"-yə belə deyib. 

Onun sözlərinə görə, vergi siteminə giriş üçün sahibkarların başqa seçim imkanı yoxdur: "Rəqabətli mühit və digər texnoloji təşəbbüslər olsaydı, seçim etmək imkanı yaranardı. İndi isə təklif yoxdur, sən, sadəcə, fakt qarşısında qalıb mobil imzanı seçməyə məcbur olursan". 

Azərbaycanda biometrik imzaların tətbiqinə başlanılır. 

APA xəbər verir ki, biometrik imza dedikdə gələcəkdə elektron imza kartlarını və tokenləri əvəz edəcək yeni tanınma texnologiyası nəzərdə tutulur. Onun vasitəsilə istifadəçilər zəruri olan sənədləri fərdi biometrik göstəricilərlə (barmaq izi, üz, göz və s.) təsdiqləyə biləcəklər. 

Hazırda isə ölkədə "ASAN imza" və "Elektron imza" kimi tanınma texnologiyalarından istifadə olunur. 

"Elektron imza" nədir?

"Elektron imza" (e-imza) 2011-ci il sentyabrından istifadəyə verilib və ölkə qanunlarına əsasən, əl imzasıyla eyni hüquqi qüvvəyə malikdir. 

“Elektron imza və elektron sənəd haqqında” Qanuna görə, istənilən vətəndaş dövlət orqanınlarına gücləndirilmiş "Elektron imza" ilə təsqilənən sənədlə müraciət etməlidir, çünki bu,  informasiya təhlükəsizliyini təmin edən bir vasitədir. 

Ənənəvi qaydada dövlət qurumlarına müraciət edən vətəndaşlardan, adətən, şəxsiyyət vəsiqəsi tələb olunur, virtual məkanda isə şəxsiyyəti təsdiq edən sənəd məhz "e-imza" sertifikatıdır. 

"Elektron imza"nın reallaşdırılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb. 

"ASAN imza" nədir? 

“ASAN imza” (mobil imza) elektron xidmətlərə daxil olan və kimliyi təsdiqləyən mobil identifikasiyadır. Mobil imza da ölkə qanunvericiliyinə əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. 

Mobil imza sistemində istifadə olunan “ASAN imza” sertifikatları isə vətəndaşa İqtisadiyyat Nazirliyi yanında ASAN Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Hər iki texnologiyadan aktiv istifadə edən sahibkarın fikrincə, "ASAN imza" və "E-imza" oxşar funksiyalara malikdir, lakin aylıq abuna qiymətlərində fərq var: ""ASAN imza"nın aylıq qiymət 3 manat, "Elektron imza"nın qiyməti isə 50 qəpikdir. "Elektron imza" mobil imzadan daha ucuz və təhlükəsiz olsa da, dominatlıq "ASAN imza"dadır. Situasiyanı elə qurublar ki, praktikada seçim etmək imkanı yoxdur. Məsələn, onlayn bankçılıqda "Elektron imza"dan istifadə etmək olmur, çünki bu imza tanınmır. Biz də "ASAN imza"nı tətbiq etməyə məcbur oluruq".

""ASAN imza" insanlar üçün hökumətin vahid platformasında bir kabinet yaratmalıdır və şəxsin bütün məlumatları orada toplanmalıdır. Tutaq ki, sahibkar olaraq tenderdə iştirak edirəm və İqtisadiyyat Nazirliyi məndən sənəd tələb edir. Axı mənim "ASAN imza" və şəxsi kabinetim var. Niyə məlumatları orada yerləşdirmək bu qədər çətindir ki? Mobil imza yalnız şəxsin elektron xidmətlərə girişini deyil, həm də kimliyini tənzimləməlidir. Mən hələ də anlamıram ki, niyə nazirlik məndən özünün verəcəyi arayışı istəyir. Bütün məlumatları sistemdən götürmək mümkün olduğu halda, niyə vaxtımı aylarla hansısa vergi idarəsində sənəd axtarmaqla keçirməliyəm?" - sahibkar belə deyir. 

Osman Gündüz - Sputnik

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Toplum TV"-yə deyib ki, biometrik texnologiya vasitəsilə bazara əlavə həll yolu və yeni instrument daxil olacaq: "Artıq biometrik texnologiya növbəti identifikasiya imkanıdır. Düşünürəm ki, bu daha effektiv və çevik bir xidmət olacaq. Eyni zamanda, həm asan, həm də təhlükəsiz bir texnologiyadır. Yəni biometrik imzalar bazarda rəqabətli mühit yaradacaq". 

Ekspert əvvəlki iki texnologiyanın çatışmazlıqlarına da toxunub. 

O düşünür ki, "e-imza"nın smartfonda alternativi olmadığı üçün effektiv deyil. 

"ASAN imza"ya gəlincə, ekspert hesab edir ki, bundan siyasi məqsədlər üçün də istifadə edilir: "Yəni bu adı eşidən hamı elə bilir ki, imza "ASAN Xidmət”ə məxsusdur. Amma bunun nə həmin quruma, nə də dövlətə aidiyyatı var. Düzdür, vaxtilə dövlət dəstəyilə yaranmışdı, amma indi ondan özəl şirkət qazanc götürür.

Ona görə də hər dəfə tarifi qaldırır". 

Sahibkarın "ASAN imza"dan istifadəni məcburiləşdirirlər" fikrini şərh edən ekspert deyir ki, bu sahədə inhisarçılıq var: ""ASAN imza"nı populyarlaşdırmağa çalışırlar, çünki 1 şəxsdən aylıq 3 manata yaxın gəlir götürürlər. Bu isə yarım milyona yaxın pul deməkdir. Bir nümunə çəkim, hamının şəxsiyyət vəsiqəsində elektron imza var, amma aktiv deyil. Niyə? Çünki kimlərsə maraqlıdır ki, "ASAN imza"dan pul qazansın, amma şəxsiyyət vəsiqəsindəki "Elektron imza" işləməsin".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...
İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...

Seçilmiş Videolar

Toplum TV loqo