Sosial Media
2020-ci il ərzində 20 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində 7 884 nöqsan halı qeydə alınıb.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında məlumat verilib.
Məlumata görə, nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıqlar edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb edilib.
Hesabat dövrü ərzində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində dövlət qurumlarının əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq 5 287 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 67%-i), 1 859 yazılı xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 23.6%-i), 738 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 9.4%-i) tərtib olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar