İqtisadiyyat

İlə 100 min yeni iş yeri - Hökumət işsizliklə mübarizədə hədəflərinə çata bilirmi?

27 aprel, 2022
1464

açıq mənbədən götürülüb

Bugün Azərbaycanda işsizlik ən böyük problemlərdən biri kimi qəbul edilir. Hökumət vaxtaşırı işsizliyin aradan qaldırılması üçün tədbirlər planı, dövlət proqramları açıqlayır.

Aprelin 25-də "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni iş yerlərinin açılmalı olduğunu bildirib:

“Son 30 ildə əhalimizin sayı 3 milyondan çox artıb. Biz hər il 100 min yeni iş yeri açmağı hədəfləməli, əmək bazarında çıxan gənclərin işlə təmin olunmasına zəmin yaratmalıyıq. Bu, həm də sahibkarlar üçün maraqlı olmalıdır. Çünki biznes maraqlarının ümumilli maraqlarla üst-üstə düşməsi önəmli məsələlərdən biridir”.

Azərbaycanın bugünkü iqtisadiyyatı buna imkan verirmi?

İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycan iqtisadiyyatı yarı xam iqtisadiyyatdır. Amma buna baxmayaraq, ekspert qeyri-neft sahələrində kifayət qədər inkişaf potensialının olduğunu söyləyir:

“Həmin resursların iqtisadiyyata cəlb edilməsi inkişafı və əlavə iş yerlərinin yaradılması imkanını mümkün edir. Amma bunun üçün iqtisadiyyatda fundamental islahatlara ehtiyac var. Liberallaşma ilə bağlı islahatlar lazımdır. İnhisarçılığın aradan qaldırılması, icra hakimiyyəti institunun ləğv edilməsi və yerində yerli idarəetmə modellərinin formalaşdırılması vacibdir. Eyni zamanda, məmur müdaxiləsi və korrupsiya ilə mübarizə təmin olunmalı, Azərbaycan xarici iqtisadi bloklara inteqrasiya etməlidir. Bütün bu istiqamətlərdə həqiqətən addımlar atılacaqsa, bu mümkündür”.

Rəşad Həsənov - açıq mənbədən götürülüb

R.Həsənov sadalanan addımlarla yanaşı, hökumətin özəl sektora şərait yaratmalı olduğunu da vurğulayır. Həmçinin, açılan iş yerləri deyiləndə hökumətin dövlət sektorunda iş yaratması gözlənilməməlidir. Ekspert işlər görülərkən həm də işğaldan azad olunmuş ərazilərin potensialının nəzərə alınmalı olduğunu qeyd edir.

“Təxminən hər il 70-80 min nəfər arası gənc əmək bazarına daxil olur. 100 min iş yeri yaradılmış olsa, bu əmək bazarına yeni daxil olanların əməyə olan ehtiyacını kompensasiya edir. Digər tərəfdən, mövcud olan işsizliklə bağlı problemlərin mərhələli - 10-15 il ərzində əhəmiyyətli şəkildə azalmasına şərait yaradar”,- iqtisadçı əlavə edir.

Zaman-zaman hökuməti təmsil edənlərin nitqində minlərlə iş yerlərinin açılacağını eşitmək olar. 22 yanvar 2020-ci ildə Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasındakı iştirakı zamanı oxşar fikir səsləndirmişdi:

“Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq”. 

Dövlət hədəflərini həyata keçirirə bilirmi?

İqtisadçı Azər Mehtiyev deyir ki, iş yerləri ilə bağlı statistika reallığı əks etdirmir. O, buna səbəb kimi ölkə iqtisadiyyatının strukturunda ciddi dəyişikliyin gözə çarpmadığını göstərir:

“İlham Əliyev prezident seçildiyi vaxtdan aylar, rüblər, illər üzrə yaradılmış iş yerlərinin statistikasını açıqlayır. Həmin statistikanı toplayanda biz 2,5 milyondan çox iş yerinin yarandığını görürük. Ən azından Azərbaycan iqtisadiyyatı üçün bu çox böyük rəqəmdir. Ancaq nədənsə ölkə iqtisadiyyatının strukturunda ciddi dəyişiklik gözə çarpmır. O vaxt da ölkədə məşğul əhalinin üçdə birindən çoxu kənd təssərrüfatı ilə məşğul olurdu. 2,5 milyon iş yerinin yaradıldığını iddia edirlər, amma hələ də məşğul əhalinin üçdə biri kənd təsərrüfatı sahəsindədir. Bu təxminən 1,7 milyon nəfər deməkdir. Bu qədər iş yerinin yaradılması ən azından işçi qıtlığına təsir etməli və kənd təsərrüfatı sahəsində işləyənlərin sayı azalmalı, sənayedə artmalıdır. Amma bu baş vermir”.

Azər Mehtiyev - Toplum TV

Ekspert hansısa müvəqqəti iş yerlərinə cəlb olunmanın və mövcud iş yerindən başqa yerə köçürülmənin də yeni iş yeri kimi təqdim edildiyini söyləyir:

“Azərbaycanda iş yerlərinin yaradılmasına böyük ehtiyac var. Çünki həm işsizlik səviyyəsi yüksəkdir, həm də məşğul kimi göstərilən əhalinin böyük əksəriyyətinin davamlı iş yeri yoxdur. Sadəcə iş yerləri deyil, dayanıqlı və yüksək gəlirli iş yerlərinin yaradılmasına ehtiyac var. Ona görə də hansısa saya əsasən statistika təqdim edilməsi ölkə iqtisadiyyatında ciddi dəyişikliyə gətirib çıxarmır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo