İqtisadiyyat

Neft sürətlə ucuzlaşır

7 İyul, 2022
2126

AzərTac

Çərşənbə günü neftin qiyməti aprelin sonundan bəri ilk dəfə bir barel üçün 100 dollardan aşağı düşüb. Mütəxəssislər qiymətlərin kəskin ucuzlaşmasını iqtisadi tənəzzül ehtimalının artması və yanacağa tələbatın azalması ilə əlaqələndirirlər.

"Brent" markalı neftin qiyməti iyunun 6-da 3 faiz ucuzlaşaraq 99,61 dollar/barel olub. ABŞ-da hasil edilən neft 98,53 dollara başa gəlib. Halbuki bir ay əvvəl bir barrelin qiyməti 120 dollar idi. 

“The New York Times” analitiklərə istinadən yazır ki, ABŞ-da iqtisadi tənəzzül gözləntiləri reallaşarsa, neftin qiymətinin daha da azalacağı proqnozlaşdırılır. Neft qiymətlərinə iki amil təsir edəcək: tənəzzülün miqyası və koronavirus pandemiyasına qarşı mübarizədə tətbiq edilən məhdudiyyətlər səbəbindən iqtisadi fəaliyyətin dayandığı Çində enerjiyə tələbat.

https://toplum.tv/iqtisadiyyat/dollar-rubl-ve-manat-ne-gozlenilir

"Bloomberg"-in məlumatına görə, ABŞ müttəfiqləri ilə Rusiya neftinə qiymət həddi - barel üçün 40-60 dollar - tətbiq etmək ideyasını da müzakirə edirlər. Məqsəd qlobal istehlakçıların Rusiya neftinə çıxışını saxlamaqla Moskvanın ixrac gəlirlərini kəskin şəkildə məhdudlaşdırmaqdır. Bir neçə Qərb dövlətinin rus neftindən imtina etməsindən sonra Hindistan və Çin Rusiya neftini böyük endirimlərlə almağa başlayıb, bu da Rusiyanın neft ixracının kəskin artmasına səbəb olub. ABŞ ümid edir ki, yeni təkliflər Pekin və Dehlinin yeni idxal rejiminə qoşulması üçün kifayət qədər cəlbedici olacaq.

Yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi məlum deyil. "Bloomberg" mənbələri deyir ki, bunları həyata keçirilməsi yolunda çoxlu maneələr var.

İyulun 7-nə olan məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,11 ABŞ dolları və ya 2,64% azalaraq, 114,61 dollar təşkil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda bəzi siqaretlər bahalaşdı

23 İyul 2025

Foto: açıq mənbə

Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin bahalaşdığı bildirilir. Bu barədə “Trend”-ə siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib. Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb. Məlumata görə, “Keno” markalı siqaretlərin “boz nazik” və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb. Ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələri artırılmışdı. 2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi.
İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul 2025

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib.  Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir. Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.    Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır.  Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək...

Seçilmiş Videolar

Toplum TV loqo