İqtisadiyyat

"Şahdəniz"də hasilat pik həddə çatdırılacaq

18 İyul, 2022
2158

Açıq mənbələrdən götürülüb

İlin sonunadək "Şahdəniz" yatağında hasilat pik həddə çatacaq.

Bu barədə iyulun 18-də BP şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib. 

Vitse-prezidenti deyib ki, söhbət ildə 26 mlrd. kubmetr qaz hasilatından gedir və bu həcmin bir müddət saxlanılması planlaşdırılır.

Bundan əvvəl məlum olmuşdu ki, Avropa Birliyi Rusiyadan yan keçəcək yeni qaz tədürükü layihəsində Azərbaycana tərəfdaşlıq təklif edir. Rusiyanın Ukrayna ilə başladığı işğalçı müharibə sonrası daha kəskin şəkildə ortaya çıxan siyasi şərtlər Azərbaycanın qaz ixracatçısı kimi rolunu önə çıxarıb.

Tərəflər kommersiya imkanlarına və bazar tələbatına uyğun olaraq, 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracı da daxil olmaqla, təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışırlar.

Bildirilib ki, tədarükün artması həm də Azərbaycandan daxili qaz hasilatını genişləndirməyi tələb edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda bəzi siqaretlər bahalaşdı

23 İyul 2025

Foto: açıq mənbə

Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin bahalaşdığı bildirilir. Bu barədə “Trend”-ə siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib. Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb. Məlumata görə, “Keno” markalı siqaretlərin “boz nazik” və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb. Ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələri artırılmışdı. 2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi.
İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul 2025

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib.  Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir. Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.    Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır.  Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək...

Seçilmiş Videolar

Toplum TV loqo