Dünya

Neft embarqosundan sonra Rusiyanı nə gözləyir? - Ekspertlər açıqlayır

31 May, 2022
2186

Reuters

"Bu, rus iqtisadiyyatına təsirsiz ötüşməyəcək - gəliri, ixrac həcmi və hasilatı azalacaq”.

Bu fikri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Avropa ittifaqının (Aİ) rus neftinə mərhələli embarqo qoymaq barədə sanksiyasını şərh edərkən söyləyib. 

Avropa İttifaqı  liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sözlərinə görə, bu, Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək:

“İndiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq”.

Bununla yanaşı, sözügedən altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı "Sberbank" SWIFT sistemindən təcrid edilib.

2019-cu ilin məlumatlarına görə, Rusiyanın ixracında ilk yerləri neft, təbii qaz və onlardan alınan məhsullar tutur. 407 milyard dollarlıq ixrac həcminin 59 faizindən çoxunu neft məhsulları təşkil edir. Müharibə başladıqdan sonra yüksələn neft qiymətləri bu ölkənin gəlirlərinin artmasına səbəb olub.

Sanksiyalara qədər Avropa Rusiya neftinin ən böyük alıcısı sayılırdı. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42%-i Avropanın payına düşüb. Rusiyanın büdcə gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığının daha da artacağı gözlənilirdi. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7%-ni təmin edir.

Daha əvvəl Aİ üzvü Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto İttifaqın Rusiyadan neft idxalına planlaşdırdığı embarqoya veto qoymaq istədiyini açıqlamışdı:

“Macar xalqı (Ukraynada) müharibənin bədəlini ödəməməlidir. Sanksiyalar paketinin həyata keçirilməsi üçün bütün ölkələr razılaşmalıdır. Sanksiyalar paketi Macarıstan üçün sadəcə problem deməkdir. Rusiya neftindən asılı olan ölkənin idxalı necə kompensasiya edəcəyi ilə bağlı heç bir həll yolu yoxdur. Brüsselin bu təklifi Macarıstan iqtisadiyyatına atılan nüvə bombasına bərabərdir”.

Bir aydan çoxdur neft qadağasının da daxil olduğu 6-cı sanksiya paketinin qəbuluna imkan verməyən Macarıstan da razı salınıb. Belə ki, Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. Dənizə çıxışı olmayan Macarıstan, eləcə də Çexiya və Slovakiya nefti boru kəməri ilə alır. Dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir.

Bu halda 6-cı sanksiyalar paketi, embarqo Rusiya iqtisadiyyatına necə təsir göstərəcək? Hansı çətinliklərin olması gözlənilir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsirini təqribən 6 ay sonra görmək olar.

““Bloomberg” agentliyinin hesablamasına görə, 2022-ci ildə Rusiyanın itirəcəyi vəsait 22 milyard dollar həcmində olacaq. Agentlik bu proqnozu ötən ilki qiymətlərin fonunda hesablayıb, yəni bir barelin orta ixrac qiyməti 85 dollar. Nəzərə alsaq ki, Rusiya Avropa bazarında gündəlik 3 milyon barel neft məhsulu satırdı, əlbəttə ki, bu, rus iqtisadiyyatına təsirsiz ötüşməyəcək - gəliri, ixrac həcmi və hasilatı azalacaq”.

İlham Şaban - açıq mənbədən götürülüb

İ.Şaban bununla da Rusiyanın yavaş-yavaş ənənəvi bazarlarını itirəcəyini söyləyir:

“Vaxtilə neft sanksiyaları ilə üzləşmiş iki dövlət var: İran və Venesuela. Hər ikisinin iqtisadiyyatına nəzər yetirəndə görünür ki, onlar sanksiyaların ilk ilini necəsə ötüşdürüblər. Ancaq sonrakı illərdə bu, makro və mikro iqtisadiyyata, o cümlədən, maliyyə resurslarına təsirsiz ötüşməyib.

Avropa bazarını itirdikdən sonra buna qarşılıq olaraq digər bazarlarda rus məhsullarının çəkisi arta bilər. Ancaq embarqo səbəbindən həmin bazarlarda daha çox qazanc əldə etmək məhdud olacaq. Rusiya neftini şərq bazarına - Çin və Hindistana 34-35 dollar deyil, 40-45 dollar endirimlə sata bilər. Kimsə zənn etməsin ki, Rusiya bu prosesdə qaz vurub qazan dolduracaq. Məsələn, bu gün “Brent” markalı neftin qiyməti 120 dollardır. Tutaq ki, Rusiya bu nefti 45 dollar endirimlə satsa, qazancı 75 dollar olacaq. Bir azdan neft qiymətləri 100 dollara düşəndə qazanc 60 dollar olacaq”.

Rusiyanın embarqoya cavabı nə olacaq - dünya taxıl böhranı ilə üzləşə bilərmi?

Mayın 27-də İtaliyanın Baş naziri Mario Draqi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı haqqında “Sülh üçün ümid görmədim” fikrini səsləndirmişdi. Onların danışığı ilk növbədə Ukraynadan taxıl təchizatının dayandırılması səbəbindən yaranan qlobal ərzaq böhranı təhlükəsi ilə bağlı idi.

Draqinin dediyinə görə, Putin bildirib ki, Ukrayna limanlarına giriş guya buraya gedən su yollarını minalayan Kiyevin üzündən qapadılıb.

Kremlin məlumatına görə, Putin Draqiyə bildirib ki, Rusiya “Qərb tərəfindən siyasi motivli məhdudiyyətlərin aradan qaldırılması müqabilində ərzaq böhranının aradan qaldırılmasına ciddi töhfə verməyə hazırdır”.

Mayın 30-da Rusiya Prezident administrasiyası Putinin Ərdoğanla Qara və Azov dənizlərində gəmiçiliyin təhlükəsizliyi, eləcə də Rusiya ilə Ukraynanın müharibəsi üzündən ərzaq təchizatındakı problemləri müzakirə etdiklərini bildirib.

“Rusiya əleyhinə sanksiya məhdudiyyətləri aradan götürüldüyü halda Rusiyanın əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsullarını ixrac edə biləcəyi bir daha vurğulanıb”, - Kremlin açıqlamasında bildirilib.

İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, Rusiya bununla regionda taxıl bazarını nəzarətdə saxlamağa, dünya taxıl bazarındakı qiymətlərin bahalaşmasına təsir göstərməyə çalışır.

“Məhz Ukraynadan taxıl ixracına imkan verməmək, Qazaxıstanın və digər bölgə dövlətlərinin taxıl tədarükünün daxili ehtiyaclara yönəltməsiylə Rusiya Qərbə qarşı ciddi bir təzyiq aləti yaradır və sanksiyalara bu tip cavablarla onun təsirlərini yumşaltmağa çalışır. Əslində isə Rusiyanın taxıl embarqosundan ən çox əziyyət çəkən onun Avrasiya İqtisadi İttifaqındakı kasıb müttəfiqləri (Qırğızıstan, Ermənistan) və dost ölkələr siyahısına daxil etdiyi tərəfdaşları (Türkiyə, İran və Misir) olacaq”.

Qubad İbadoğlu - açıq mənbədən götürülüb

Fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Avropa İttifaqı, ABŞ, Kanada, Böyük Britaniya və digər ölkələr bu səbəbdən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Ukraynadakı müharibə uzandıqca sanksiyaların əhatə dairəsi getdikcə genişlənir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Belarusda 7 minə yaxın informasiya resursu “ekstremist” kimi tanınıb

6 İyun 2025

Foto: Kommersant

Belarus İnformasiya Nazirliyinin rəhbəri Marat Markov bildirib ki, Belarusda 7 minə yaxın informasiya resursu “ekstremist” kimi tanınıb. Nazirlik ümumilikdə 18 min resursun fəaliyyətini məhdudlaşdırıb.  "Təkcə ötən il 3,15 mindən çox resurs bloklanıb. 2025-ci ilin ilk beş ayında isə biz artıq bu rəqəmə çatmışıq", - o deyib. Belarus hakimiyyəti müstəqil medianı da “ekstremist” kimi tanıyıb. 2021-ci ilin iyulunda təhlükəsizlik qüvvələri “Azadlıq” radiosunun Belarus xidmətinin ofisini “ələ keçirib”. Bir neçə jurnalist saxlanılıb və daha sonra zaminə buraxılıb.  Dekabrın 3-də “Azadlıq” radiosunun Belarus xidmətinin sosial şəbəkələri “ekstremist materiallar” kimi tanınıb. Dekabrın 23-də isə Belarus Daxili İşlər Nazirliyi nəşrin onlayn resurslarını “ekstremist qruplaşma” kimi tanıyıb.
Dünya

Rusiyanın müharibədə itkiləri “1 milyona yaxınlaşır” 

5 İyun 2025

Foto: Getty Images

Rusiyanın Ukrayna ilə apardığı müharibədə ölən və yaralanan əsgər sayının 1 milyona yaxınlaşdığı bildirilir.  Bu barədə Vaşinqtonda mənzillənən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin iyunun 3-də dərc etdiyi araşdırmada deyilir.  Qeyd olunur ki, Rusiyanın 2022-ci ilin fevralından bəri itkiləri artıq 950,000-i keçib və bunların təxminən 250,000-i ölən əsgərlərdir.  “İkinci Dünya Müharibəsindən bəri heç bir Sovet və ya Rusiya müharibəsində Ukraynadakı qədər yüksək ölüm nisbəti müşahidə olunmayıb”, - Mərkəzin araşdırmasında deyilir.  Bundan əlavə qeyd olunur ki, Ukrayna təxminən 400,000 itki verib, bunun 60,000-dən 100,000-ə qədəri isə ölənlərdir.  Mərkəzin rəqəmlərinin ABŞ və Britaniyanın kəşfiyyat məlumatları əsasında hesablandığı bildirilib.  Rusiya müharibədəki itkilərini rəsmi olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo