İqtisadiyyat

OPEC+ neft hasilatını azaldır - Bu, qiymətləri qaldıra bilər

6 Oktyabr, 2022
2038

Açıq mənbələrdən götürülüb

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan ölkələrin, o cümlədən Rusiya və bir sıra digər OPEC-ə daxil olmayan ölkələrin nazirləri Vyanada keçirilən görüşdə noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə razılığa gəliblər. 

Görüşdən sonra Rusiya Baş nazirinin müavini və Səudiyyə Ərəbistanının energetika naziri xəbəri “Reuters”-ə təsdiqləyiblər.

Bu, COVID-19 pandemiyasının başlanmasından bəri neft hasilatında ən böyük azalmadır. Gözlənildiyi kimi, bu, dünya bazarında neftin qiymətinin yüksək səviyyədə qalmasına, hətta qalxmasına gətirib çıxaracaq. Əsas azalmanın Səudiyyə Ərəbistanı və Rusiyada olacağı gözlənilir.

https://toplum.tv/dunya/ag-ev-biz-putinin-nuve-tehdidlerini-ciddi-qebul-edirik

Birləşmiş Ştatlar bundan əvvəl OPEC+ ölkələrinə belə bir qərar verməmək barədə xəbərdarlıq etmişdi. CNN mənbələri bildirirlər ki, Ağ Ev OPEC+ qərarını “fəlakət” və qeyri-dost addım hesab edir – ABŞ diplomatiyası və prezident Co Bayden neft qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyindən ehtiyat edərək, bəzi Fars körfəzi ölkələrini bundan çəkindirməyə çalışıb. Çünki neft qiymətlərinin qalxması ABŞ-da inflyasiya səviyyəsinin qalxmasına, bu da öz növbəsində Konqres seçkiləri ərəfəsində Ağ Evə zərbə ola bilər. 

Prezident Bayden OPEC+ qərarının elanından sonra administrasiyanı və Konqresi ABŞ-ın özündə enerji hasilatını artırmaq və kartel ölkələrindən tədarükdən asılılığı azaltmaq üçün tədbirlər planı üzərində işləməyə çağırıb. OPEC+ qərarı Ağ Evin bəyanatında məyusedici adlandırılıb.

İndi Brent markalı neftin 1 barreli təxminən 90 dollara başa gəlir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur

22 Avqust 2025

Foto: president.az

İyul ayında Xəzər dənizində neft hasilatı aparan “British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirmişdi.  Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumatda göstərilirdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql olunan bəzi neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi.  Avqustun 4-də isə Rumıniya hökuməti Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbilə fövqəladə vəziyyət elan edib. Ruminiya Energetika Nazirliyinin açıqlamasına görə, yerli “OMV Petrom” şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib. Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin xloridlər...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 19 ölkəyə 14 mln. tondan çox neft ixrac edib

18 Avqust 2025

Foto: açıq mənbə

Bu ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 4,42 milyard dollar dəyərində 8,43 milyon ton neft ixrac edib.  Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb.  Hesabat dövründə bu ölkəyə 547 milyon dollar dəyərində 1,02 milyon  ton neft ixrac edilib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib. Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir. Siyahıdan...

Seçilmiş Videolar

Toplum TV loqo