İqtisadiyyat

Pandemiya şəraitində neftə tələbatın artması realdırmı?

7 İyul, 2021
2838

Açıq mənbələrdən götürülüb

OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) Baş katibi Məhəmməd Barkindo 2021-ci ilin ikinci yarısında neftə olan tələbatın arta biləcəyini deyib.

Bazarda hələ də bəzi qeyri-müəyyənliklər olduğunu bildirən Baş katib əlavə edib ki, bu, inflyasiyanın sürətlənməsi riski və COVID-19 virusunun "Delta" ştammının yayılmasından qaynaqlanır.

"Diqqətlə izlədiyimiz bir sıra qeyri-müəyyənlik faktorları var. Bunlar böyük maliyyə stimullaşdırma proqramları səbəbindən inflyasiya riskinin artması, peyvəndlərin dünya səviyyəsində qeyri-bərabər paylanması, COVID-19-un "Delta" ştammının yayılmasıdır".

Onun sözlərinə görə, mürəkkəb fon əməkdaşlıq bəyannaməsi (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – "OPEC+" razılaşması) təşəbbüskar, çevik və ayıq davranış tələb edəcək.

Rəsmi səhifə

OPEC-in Baş katibi onu da xatırladıb ki, proqnozlara görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatı 6 mln. barel artacaq və ilin ikinci yarısında həm iqtisadiyyatın, həm də neftə olan tələbatın artımının sürətlənməsi gözlənilir.

2019-cu ilin sonlarından etibarən koronavirus infeksiyasının sürətlə yayılması bütün dünyada pandemiya vəziyyətinin elan olunmasıyla nəticələndi. Hazırda virusa yoluxanların sayı 185 milyon, virus qurbanlarının sayı isə 3 milyondan çoxdur. Pademiya nəqliyyat, turizm kimi sektorları iflic etdi. Son aylarda dünya üzrə peyvəndləmə sürəti artsa da, bir çox ölkələrdə virusun yeni ştammı yayılmaqdadır. Bu isə pandemiyanın nə zaman bitəcəyi ilə bağlı proqnoz verməyi çətinləşdirir.

Pandemiyanın davam etdiyi şəraitdə neftə olan tələbatın artması nə dərəcədə realdır?

İqtisadçı Natiq Cəfərli “Toplum TV”-yə açıqlamasında bu sualı deyib ki, pandemiya dövründə OPEC ölkələrinin və Rusiyanın süni şəkildə qiymətləri qaldırması neft qiymətlərinə müsbət təsir edib.

“Bu gün dünya neft bazarında qiymətlərin tənzimlənməsi ilə bağlı əsas faktor OPEC+ neft anlaşmasıdır. Keçən ilin aprelində hasilatın birdən-birə 9,7 mln. barel azaldılması ilə bağlı qərar verildi. Bu qərar pandemiyanın davam etdiyi müddətdə neft qiymətlərinə müsbət təsir edən amilə çevrildi. Əgər hasilat azalmasaydı, neft qiymətləri keçən ilin martında olduğu kimi 20-30 dollar civarında qala bilərdi. Ona görə də indiki bazar qiymətləri də OPEC+ anlaşmasına fokuslanıb. Anlaşma hansı yöndə inkişaf edəcəksə, bazardakı qiymətlərin dəyişmə trayektoriyası da o istiqamətdə gedəcək”.

Natiq Cəfərli - Açıq mənbələrdən götürülüb

İqtisadçı OPEC+ anlaşması ilə bağlı qeyri müəyyənliklərin olması fikri ilə razıdır.

“Keçən həftə qərar qəbul edilməliydi, bu həftəsə enerji nazirlərinin toplantısı olmalıydı, ancaq bunlar baş tutmadı. Ona görə də dünəndən başlayaraq bazarda müəyyən korreksiya hərəkətləri baş verir, neft qiymətləri 3 % ucuzlaşıb”.

N.Cəfərlinin sözlərinə görə, istənilən halda, qlobal trend pandemiyanın səngiməsi yönündədir, neftə olan tələbatın artacağı gözlənilir.

“Sadəcə qiymətlərin necə formalaşacağını bilmək üçün OPEC+ anlaşması və pandemiya ilə bağlı xəbərləri izləməkdə fayda var”.

N.Cəfərli bu razılaşmanın Azərbaycanda neft qiymətlərinin təyin edilməsində rol oynamaığını qeyd edir: “Çünki Azərbaycanın neft istehsalı dünya bazarına təsir göstərəcək səviyyədə deyil. Neft qiymətləri 70 dollardan yuxarı olduqda Azərbaycan üçün komfortlu şərait yaranır. Neft nə qədər bahalaşsa, Azərbaycanın valyuta ehtiyatları bir o qədər artacaq".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo