Azərbaycanda siqaret istehsalı 38% artıb, tütün istehsalı 67% azalıb
Foto: açıq mənbə
2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 38,1% çoxdur.
Bununla belə, ötən ay 49,9 ton tütün istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.
2025-ci ildə Azərbaycana, ümumilikdə, 5 milyon 642 min ABŞ dolları dəyərində 225 milyon ədəd siqaret idxal edilib.
Eyni dövrdə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb