İqtisadiyyat

Fərdi sahibkarlar üçün sosial sığorta haqları artırılır 

21 Noyabr, 2025
369

Foto: açıq mənbə

Yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları artırılacaq. 

APA-nın xəbərinə görə, bu, Milli Məclisin noyabrın 21-də keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, toy və şənliklərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və oxşar fəaliyyət növləri ilə, eləcə də foto və audio-video xidmətləri ilə məşğul olan şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılır. 

Çəkməçi, bərbər, dərzi, ev təmizlikçisi, dayə, sürücü, bağban, aşpaz, gözətçi, ofisiant və baytar işləyənlər üçün isə sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksələcək. Bu dəyişiklik, həmçinin, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlara da aiddir. 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo