Siyasət

Praqada Azərbaycanda həbsdə olan qadın jurnalistlərə həsr olunmuş sərgi açılıb

13 Oktyabr, 2026
6

“Free Voices Collective e.V.”

Çexiyanın paytaxtı Praqada “FORUM2000” konfransının 30-cu toplantısı başlayıb. Üç gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Gürcüstandan siyasi məhbus kimi tanınan qadın məhbuslara həsr edilmiş sərgi təşkil olunub.

Sərgi “FORUM2000” və “Free Voices Collective e.V.” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə hazırda həbsdə olan azərbaycanlı müstəqil jurnalistlər Aynur Elgünəş, Ülviyyə Əli, Fatimə Mövlanlı, Xəyalə Ağayeva, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Elnarə Qasımovaya dair məlumatlar nümayiş etdirilib. 

Stendlərdə, həmçinin gürcü jurnalist Mzia Amaqlobeli, ictimai fəal Nino Dataşvili və müxalif siyasətçi Elena Koştaria haqqında məlumatlar yer alıb.

Hər il təşkil olunan “FORUM2000” konfransı siyasətçiləri, ziyalıları və insan hüquqları müdafiəçiləri də daxil olmaqla, müxtəlif sahələrdən olan şəxsləri bir araya gətirir. 

Builki çıxışçılar arasında Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçado, Çexiya Senatının sədri Miloş Vystrçil, Belarus demokratik hərəkatının lideri Svetlana Tixanovskaya, Polşanın keçmiş prezidenti Lex Valesa, Nobel Sülh Mükafatı laureatı Təvəkkül Kərman və başqaları var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

YAP: “Bir millət, iki dövlət” prinsipi daxili işlərə müdaxiləyə əsas vermir

13 Oktyabr 2026

sosial media

Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının Azərbaycandakı hicab məsələsi ilə bağlı açıqlamalarını tənqid edib. Partiya bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması və bu əlaqələr fonunda ölkəyə qarşı siyasi ittihamların səsləndirilməsi qəbuledilməzdir. Açıqlamada Azərbaycanın Fələstin məsələsində mövqeyinin dəyişməz olduğu, ölkənin iki dövlətli həlli dəstəklədiyi qeyd olunub. “Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”, - deyə bəyanatda bildirilib. YAP Türkiyədən olan bəzi siyasi fiqurların Azərbaycanın konstitusion quruluşunu və...
Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə köçürülüb

13 Oktyabr 2026

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülüb.  Bu barədə jurnalistin yaxınları “Meydan TV”yə məlumat veriblər.  Bildirilir ki, Şəmşad Ağa 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“tubzon”) aparılıb. Məlumata görə, “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin də səhhətindəki problemlərlə bağlı bu həftə müalicə müəssisəsinə köçürülməsi gözlənilir. Aynur Elgünəşin səhhətinin ağırlaşması barədə oktyabrın 8-də məlumat yayılıb. Jurnalistin yaxınları onun böyrəklərində ciddi problemlərin yarandığını, kəskin ağrılardan və yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyiblər. Rəsmi qurumlardan jurnalistlərin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı məlumatı təsdiqlətmək hələki mümkün olmayıb. “Meydan TV işi” üzrə...

Seçilmiş Videolar

Toplum TV loqo