Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə köçürülüb

13 Oktyabr, 2026
16

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülüb. 

Bu barədə jurnalistin yaxınları “Meydan TV”yə məlumat veriblər. 

Bildirilir ki, Şəmşad Ağa 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“tubzon”) aparılıb.

Məlumata görə, “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin də səhhətindəki problemlərlə bağlı bu həftə müalicə müəssisəsinə köçürülməsi gözlənilir.

Aynur Elgünəşin səhhətinin ağırlaşması barədə oktyabrın 8-də məlumat yayılıb. Jurnalistin yaxınları onun böyrəklərində ciddi problemlərin yarandığını, kəskin ağrılardan və yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyiblər.

Rəsmi qurumlardan jurnalistlərin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı məlumatı təsdiqlətmək hələki mümkün olmayıb.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir

13 Oktyabr 2026

Meydan TV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. “Azadlıq Radiosu”nun xəbərinə görə, qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb. “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasında şahidlərin dindirilməsinə başlanıb. Oktyabrın 12-də, şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddia qaldırıb. Jurnalistlər və vəkillər ondan konkret olaraq kimdən nə qədər tələb edildiyini soruşublar. O isə cavabında bildirib ki, 12 nəfərdən hər...
Siyasət

Praqada Azərbaycanda həbsdə olan qadın jurnalistlərə həsr olunmuş sərgi açılıb

13 Oktyabr 2026

“Free Voices Collective e.V.”

Çexiyanın paytaxtı Praqada “FORUM2000” konfransının 30-cu toplantısı başlayıb. Üç gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Gürcüstandan siyasi məhbus kimi tanınan qadın məhbuslara həsr edilmiş sərgi təşkil olunub. Sərgi “FORUM2000” və “Free Voices Collective e.V.” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə hazırda həbsdə olan azərbaycanlı müstəqil jurnalistlər Aynur Elgünəş, Ülviyyə Əli, Fatimə Mövlanlı, Xəyalə Ağayeva, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Elnarə Qasımovaya dair məlumatlar nümayiş etdirilib.  Stendlərdə, həmçinin gürcü jurnalist Mzia Amaqlobeli, ictimai fəal Nino Dataşvili və müxalif siyasətçi Elena Koştaria haqqında məlumatlar yer alıb. Hər il təşkil olunan “FORUM2000” konfransı siyasətçiləri, ziyalıları və insan...

Seçilmiş Videolar

Toplum TV loqo