Dünya

“SpaceX”in Ukrayna ordusunun “Starlink”ə girişini məhdudlaşdırdığı deyilir

14 Oktyabr, 2026
11

sosial media

Oktyabrın 14-nə keçən gecə “Starlink” peyk rabitəsi sistemində yaranan məhdudiyyətlər Ukraynada bir sıra mühüm hərbi əməliyyatların icrasına mane olub. Məhdudiyyətlərin amerikalı milyarder Elon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti tərəfindən tətbiq edildiyi bildirilir.

Bu barədə Ukraynanın müdafiə nazirinin sabiq müşaviri Serqiy Sternenko “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, saatda 160 kilometrdən çox sürətlə hərəkət edən terminallar rabitə bağlantısını itirməyə başlayıb.

Sternenko yaranmış problemə görə bir sıra vacib hərbi missiyaların icrasının mümkün olmadığını bildirib.

Sabiq müşavir məhdudiyyətlərin ABŞ prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında tətbiq edilmiş ola biləcəyini də istisna etməyib. Bu ehtimal hələlik rəsmilər tərəfindən təsdiqlənməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Nobel Sülh Mükafatı İsrailin soyqırımı törətdiyini deyən hakimə verilib

9 Oktyabr 2026

açıq mənbə

Bu il Nobel Sülh Mükafatını Beynəlxalq Ədalət Məhkəməsinin hakimi, Cənubi Afrika Respublikasından (CAR) olan Navanetem Pilay qazanıb.  Norveç Nobel Komitəsinin oktyabrın 9-da yaydığı açıqlamaya görə, 85 yaşlı Pilay “sülh və beynəlxalq hüququn təşviqindəki xidmətlərinə görə” mükafata layiq görülüb.  Pilay müxtəlif vaxtlarda CAR-ın Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi çalışıb. O, 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı, bu yaxınlara qədər isə İşğal Altındakı Fələstin Ərazisi və İsrail üzrə BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri olub.  BMT komissiyası Pilayın sədrliyi altında ötən ilin sentyabrında İsrailin Qəzzada apardığı müharibə haqqında 72...
Dünya

"The Guardian”: “Sanksiya altındakı tankerlər fərqli təyinat ünvanları göstərərək Cənubi Koreyadan Rusiyaya yanacaq daşıyıb”

7 Oktyabr 2026

sosial media

Cənubi Koreya iyul və avqust aylarında Rusiyaya əsasən dizel olmaqla 176 min tondan çox yanacaq tədarük edib. Bu barədə Britaniyanın “The Guardian” nəşri liman sənədləri və gəmilərin hərəkət məlumatlarına əsaslanan araşdırmasında yazıb. Məlumata görə, iki ay ərzində yeddi tanker Rusiyaya 14 səfər edib. Bu tankerlərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. Nəşr qeyd edir ki, bəzi gəmilər limandan çıxarkən təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib, daha sonra isə Rusiyanın Vladivostok limanına istiqamətlənib. Araşdırmaya əsasən, “Layla” tankeri Cənubi Koreyanın Ulsan limanından Vladivostoka iki səfər zamanı ümumilikdə 57 min ton dizel aparıb. Gəmi ikinci səfərindən əvvəl təyinat məntəqəsi...

Seçilmiş Videolar

Toplum TV loqo