Siyasət

Bolqarıstan yaxınlığında gəmilərə hücumda azərbaycanlıların xəsarət aldığı deyilir

13 Oktyabr, 2026
8

sosial media

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə hücumu nəticəsində Azərbaycan və Ukrayna vətəndaşlarının xəsarət aldığını bildirib.

O, bu barədə “X” hesabında yazıb və Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırıb. Sibiqanın sözlərinə görə, hücum Moskvanın mülki şəxslərin həyatına və Qara dənizdə təhlükəsizliyə etinasız yanaşdığını bir daha göstərir.

“Reuters”in məlumatına görə, hücuma məruz qalan gəmilərdən biri Maltanın bayrağı altında üzən “Chelsea 3” olub. Bolqarıstanın baş naziri Rumen Radevin sözlərinə görə, gəmi Bolqarıstan sahillərindən təxminən 18 dəniz mili aralıda üç dronla vurulub. Ekipajın 15 üzvünün hamısı xilas edilib. Onlardan 8-i Azərbaycan, 7-si Ukrayna vətəndaşıdır. Beş nəfərə tibbi yardım göstərilib, xəsarətləri ağır olmayıb. 

Digər gəmi isə batıb. Radevin sözlərinə görə, həmin gəminin ekipajından yalnız bir nəfər xilas edilib. Qalan ekipaj üzvlərinin taleyi barədə məlumat verilməyib. 

Radev hücumu pisləsə də, hadisəyə görə məsul şəxsləri müəyyənləşdirmək üçün aydın sübutların olmadığını bildirib. 

Oktyabrın 5-də də Rusiya ordusu Qara dənizdə, Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Hücum nəticəsində gəminin kapitanı ölüb. Gəmidə Azərbaycan vətəndaşlarının da olduğu bildirilirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Nəsimi Musayev: “Heç kimə zərər vermək niyyətim olmayıb”

13 Oktyabr 2026

sosial media

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. “Musayev ifadəsində bildirib ki, erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmayıb. Onun sözlərinə görə, ev sahibəsindən bir neçə dəfə onu buraxmasını xahiş edib, lakin qadın silahından yapışıb və o, atəş açmaq məcburiyyətində qalıb. Bundan başqa, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiklərini, bıçaqla xəsarət yetirdiklərini və döydüklərini bildirib”, - qəzet yazır. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamın...
Siyasət

Ərdoğanın baş müşaviri: “Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir”

13 Oktyabr 2026

hürriyet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda məktəblərdə hicablı şagirdlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. O, bu barədə “X” hesabında paylaşım edib. Saral hicab taxdıqlarına görə şagirdlərin təhsil hüququndan məhrum edilməsini “qəbuledilməz” adlandırıb. “İnancına uyğun olaraq başını örtən şagirdi məktəbə buraxmamaq hansı vicdana və ədalətə sığır? Hicab maneə deyil, inancın tələbidir. Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir. Azərbaycanın bu yanlış addımdan tezliklə geri dönəcəyinə ümid edirik. Gənclərin gələcəyinə mane olmaq yox, onların yolunu açmaq lazımdır”, - deyə o qeyd edib. Son günlər Azərbaycanda bir sıra dövlət ümumi təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmadığı bildirilir. Hicablı müəllimlər də...

Seçilmiş Videolar

Toplum TV loqo