Siyasət

YAP: “Bir millət, iki dövlət” prinsipi daxili işlərə müdaxiləyə əsas vermir

13 oktyabr, 2026
125

sosial media

Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının Azərbaycandakı hicab məsələsi ilə bağlı açıqlamalarını tənqid edib.

Partiya bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması və bu əlaqələr fonunda ölkəyə qarşı siyasi ittihamların səsləndirilməsi qəbuledilməzdir. Açıqlamada Azərbaycanın Fələstin məsələsində mövqeyinin dəyişməz olduğu, ölkənin iki dövlətli həlli dəstəklədiyi qeyd olunub.
“Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”, - deyə bəyanatda bildirilib.

YAP Türkiyədən olan bəzi siyasi fiqurların Azərbaycanın konstitusion quruluşunu və dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan “populist və məsuliyyətsiz” açıqlamalar verdiyini bildirib. Partiyanın fikrincə, təhsil sahəsindəki qaydalar dünyəvilik, bərabərlik və qanunun aliliyi prinsiplərinə əsaslanır.

“AKP iqtidarını hicab məsələsindən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması kimi zərərli siyasətdən çəkinməyə çağırırıq”, - açıqlamada deyilib.

Bəyanatda keçmiç prezident Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin iki müstəqil dövlət arasında qarşılıqlı hörmətə əsaslandığı bildirilib. YAP bu prinsipin dövlətlərdən birinin digərinin daxili işlərinə müdaxiləsi və ya öz siyasi-ideoloji yanaşmalarını qəbul etdirməsi üçün əsas yaratmadığını qeyd edib.

Son günlər Azərbaycanda bir sıra dövlət ümumi təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmadığı bildirilir. Hicablı müəllimlər də hicablarını açmaq və ya işdən çıxmaq seçimi qarşısında qoyulduqlarını deyirlər.

Məlumata görə, məktəb rəhbərlikləri bu məhdudiyyətləri tətbiq edərkən Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydalarına istinad edir.
Qaydalarda hicabın qadağan olunduğu göstərilməsə də, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd edilir.

Qərar inanclı fəalların və valideynlərin etirazına səbəb olub. Onlar qərarın hicablı şagirdlərin təhsil hüququnu məhdudlaşdırdığını bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı baş verən insidentlərə görə 37 nəfərin saxlanıldığını bildirib.

Nazirliyin iddiasına görə, Bakıda bir qrup şəxs geyim qaydalarının tətbiqi ilə bağlı təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.
DİN faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başladıldığını açıqlayıb. Həmin maddə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməyi və ya bu cür hərəkətlərdə fəal iştirak etməyi nəzərdə tutur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr 2026

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.   Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.  Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.  Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın...
Siyasət

MBH üzvü Samir Babayevə 5 il yarım həbs cəzası verilib

18 noyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov sosial media hesabında məlumat yayıb.  Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci - satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma ittihamı irəli sürülüb.  Samir Babayev 2026-cı il martın 6-da saxlanılıb. Babayev saxlanıldıqdan sonra polis idarələrində işgəncəyə məruz qaldığını bildirib. Onun yaxınlarının sözlərinə görə, fəal saxlanılarkən mülki geyimli şəxslər tərəfindən aparılıb və ailəsi iki gün onun harada olduğunu bilməyib. Samir Babayev bundan əvvəl də narkotik ittihamı ilə...

Seçilmiş Videolar

Toplum TV loqo