İqtisadiyyat

İran müharibəsi Azərbaycanın Neft Fondunu necə xilas edir?

22 Aprel, 2026
281

Toplum TV

2026-cı ilin birinci rübünün yekunlarına dair Azərbaycanın icmal büdcəsinin məlumatları açıqlanıb. Rəqəmlərdən aydın olur ki, ilk 3 ayın nəticələrinə əsasən Dövlət Neft Fondunun büdcəsində 2,2 milyard manat (təxminən 1,3 milyard dollar) defisit yaranıb. Məlumat üçün qeyd etməyə dəyər ki, son 7-8 ildə Fondun büdcəsi bu qədər böyük məbləğdə kəsirlə üzləşməmişdi. Hətta qlobal pandemiyanın elan edilməsi ilə (2020-ci ilin ilk rübü) neft-qaz qiymətlərinin ən minimum həddə düşdüyü bir vaxtda Neft Fondunun büdcəsində cəmi 1 milyard manat defisit yaranmışdı.

2021-2024-cü illərin ilk rübünə diqqət yetirdikdə, Fondun büdcəsində 2021-ci ildə 600 milyon manat, 2022-ci ildə 200 milyon manat, 2023-cü ildə Fondun büdcəsində 6 milyard manat, 2024-cü ildə 2 milyard manat profisit qeydə alınmışdır.

Rəsmi rəqəmlərə baxdıqda, 2025-ci ilin ilk 3 ayı ilə müqayisədə bu ilin yanvar-mart aylarında Azərbaycandan hər ton xam neftin orta ixrac qiyməti təxminən 60 dollar (13 faiz) ucuzlaşaraq 492 dollar, hər 1000 kubmetr qazın orta ixrac qiyməti 75 dollar (25 faiz) ucuzlaşaraq 300 dollar təşkil edib.

ABŞ və İsrailin İrana fevralın 28-də başlatdıqları hərbi müdaxilə son 2 ayda Azərbaycan neftinin qiymətini 120 dollara qədər yüksəldib. Çox güman ki, ikinci rübün nəticələri açıqlananda Neft Fondunun büdcəsində yenidən böyük məbləğdə profisitin şahidi olacağıq.

2026-ci ilin başlanğıcındakı aşağı neft-qaz qiymətləri təkcə Neft Fondunun gəlirlərini deyil, dövlət büdcəsinə ödənilən neft-qaz vergilərini azaldıb. Belə ki, son 3 ay üzrə neft-qaz şirkətlərinin dövlət büdcəsinə vergi ödənişləri 711 milyon manat (15 faiz) azalaraq 4,1 mlrd. manata enib.

Büdcə məlumatlarının analizi göstərir ki, neft-qaz gəlirlərinin azalmasını hökumət qeyri-neft sektoru hesabına kompensasiya etməyə çalışır. Belə ki, bu ilin ilk rübündə 2025-ci ilin eyni dövrünə nisbətən Dövlət Vergi Xidməti qeyri-neft sektorundan topladığı verginin məbləğini 600 milyon manatdan çox (20 faizə yaxın) artıraraq 3,8 milyard manata çatdırıb.

Müstəqil ekspertlərin fikrincə, iqtisadi artımın olmadığı halda vergi gəlirlərinin artımı əsasən 2 səbəbdən baş verə bilir: qiymətlərin artımı sayəsində dövriyyələrin nominal olaraq şişməsi və kölgə iqtisadiyyatının ağarması. Rəsmi statistikaya baxdıqda görünür ki, 2026-cı ilin yanvar-mart ayında “sıfır” iqtisadi artım qeydə alındığı halda, nominal qeyri-neft ÜDM-i 1,2 milyard manat (6 faizə yaxın) artıb. Yəni, qeyri-neft sektorundan vergi daxilolmalarının artımında inflyasiya hesabına nominal ÜDM-nin böyüməsi əsas səbəblərdən biridir. Amma son illər xüsusilə “şəffaflaşma” şüarı altında da kiçik və orta sahibkarlara qarşı vergi “soyğunçuluğu” geniş miqyas alıb və bu amil də artıma öz töhfəsini verir.

Ekspertlərin fikrincə, “biznes sirrləri” adı altında yaradılan qapalı mühitdə siyasi hakimiyyətin himayəsində olan biznes strukturlarını qeyri-neft sektoru üzrə vergi gəlirlərinin artımına nə dərəcədə töhfə verdiyi vergi məmurlarından savayı hər kəs üçün qaranlıqdır.   

Əgər həqiqətən də vergi yığımını şəffaflaşma və kölgə iqtisadiyyatının ağarması artırırsa, məsələn, niyə bu ilin ilk 3 ayında Naxçıvan büdcəsinin, İcbari Tibbi Sığorta Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri azalıb?  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...
İqtisadiyyat

Nazirlik pulu ödənməyən pambıqçılara: “Məhkəməyə müraciət edə bilərlər”

8 Oktyabr 2026

sosial media

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda Salyan rayonunda 100-dən çox pambıqçının sosial mediada ictimailəşdirdiyi şikayətinə cavab verib.  Pambıqçılar paylaşdıqları videomüraciətdə "Aztəsərrüfat" şirkətinə təhvil verdikləri məhsulun pulunu bir ildir ala bilmədiklərini və dövlət qurumlarının onların şikayətinə cavab vermədiyini bildirmişdi.  Nazirlik isə oktyabrın 8-də yaydığı açıqlamada qeyd edib ki, pambıq şirkətləri özəl müəssisələrdir və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. “Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var”,...

Seçilmiş Videolar

Toplum TV loqo