İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilərdə indiyədək ən çox vəsait hansı rayona ayrılıb?

26 May, 2026
473

Açıq mənbə

Rəsmi statistik hesabatlara görə, 2020-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına son 5 ildə (2025-ci ilin sonuna qədər) 23,4 milyard manat xərclənib. Həmin vəsaitlərdən ən böyük məbləğ - təxminən 3,9 milyard manat Kəlbəcər rayonu ərazisindəkə tikinti-bərpa işlərinə sərf edilib.    

Kəlbəcərdən sonra ən çox investisiyanın yönəldildiyi inzibati ərazilər isə Laçın rayonu (3,3 milyard manatdan bir qədər çox), Zəngilan, Füzuli və Ağdam rayonları (hər biri üzrə təxminən 2,8 milyard manat), Şuşa şəhəri  (2,7 milyard manat), Cəbrayıl rayonu (2,3 milyard manatdan bir qədər çox) olub. Ötən müddətdə ən az investisiya yatırılan ərazi isə Ağdərə rayonu olub (129 milyon manat).

Bu ərazilər üzrə ümumi investisiyaların ən böyük hissəsi  - təxminən 70 faizi (16 milyard manata yaxın) ən müxtəlif infrastruktur layihələrinə, 5 faizindən çoxu (1,3 milyard manata yaxın) mənzil tikintisinə sərf edilib. Lakin bu xərcləmələrlə bağlı hesabatlılıq olmadığı üçün infrastruktur xərclərinin bölgüsü, yəni təhsil, səhiyyə, nəqliyyat və s. istiqamətlər üzrə xərclənən vəsaitlərin dəqiq məbləği barədə məlumat almaq mümkün deyil.

Lakin bir sıra mənbələrdə məbləğlər göstərilmədən həyata keçirilən layihələrin siyahısını toplamaq olur. İnternet mənbələrində yayılan xəbərlər əsasında aparılan araşdırma göstərir ki, Xocalı, Xocavənd və Ağdərə rayonlarına, eləcə də Xankəndi ətrafına mövcud olan 1200-ə yaxın mənzil təmir əsasında bərpa edilib və onlara köç baş tutub. Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Kəlbəcər, Füzuli və Şuşa şəhərlərində, eləcə də onların 10-a yaxın kənidndə 10 min ətrafında mənzil tam istifadəyə verilib.

İşğaldan azad edilmiş ərazilərə yönəldilən investisiyalar çərçivəsində ötən illərdə həyata keçirilən bəzi layihələrə nəzər salmağa dəyər:

Xankəndi şəhərində: “Xankəndi” Biznes Mərkəzi, Konqres Mərkəzi, Qarabağ Universiteti üçün 3 fəqli bina və korpus, Zəfər parkı;

Ağdərə rayonunda: məscid;

Cəbrayıl rayonunda: “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolu, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları;

Füzuli rayonunda: Əhmədbəyli-FüzuliŞuşa yolu, hava limanı;

Xocalı rayonunda: “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi, kərpic zavodu, ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi, məscid;

Kəlbəcər rayonunda: 9 kiçik su elektrik stansiyası, “İstisu” mineral su zavodu;

Laçın rayonunda: tikiş fabriki, ayaqqabı fabriki, 4 su elektrik stansiyası, İstirahət Kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, Beynəlxalq Hava Limanı;

Şuşa şəhərində: Daşaltı kənd məscidi, Müalicə-Sağlamlıq Mərkəzi,  Bayraq Meydanı, Otel-Konqres Mərkəzi Kompleksi, Yaradıcılıq Mərkəzi, “Yasəmən” oteli, Yuxarı Gövhər Ağa məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi;

Zəngilan rayonunda: “Ağalı” hoteli, 3 su elektrik stansiyası, məscid,  Rəqəmsal İdarəetmə Mərkəzi, hava limanı, “Dost Aqropark”;

Ağdam rayonunda: Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, Sənaye Parkı, Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi, “Hilton Garden Inn Agdam” hoteli, “Aghdam City Hotel”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo