Siyasət

Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”

16 Sentyabr, 2026
7

sosial media

Sentyabrın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalması iddiası ilə bağlı verdiyi şikayətə baxılıb.

Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Komitənin bildirdiyinə görə, iclasda qarşı tərəfin nümayəndəsi və prokuror iştirak etməyib, şikayət üzrə prokuror tərəfindən araşdırma aparılmayıb.

“Əbilovun vəkili Rövşanə Rəhimli bunu əsas gətirərək məhkəmədən növbəti iclasın təyin olunmasını və şikayətin araşdırılmasını istəyib”, - komitə bildirib.

İ.Əbilov məhkəmədə hadisələrin necə baş verdiyini danışıb və məhkəmədən Bakı İstintaq Təcridxanasında olduğu müddətdə təhlükəsizliyinin təmin edilməsini istəyib.

O, məruz qaldığı rəftarı üzərində talış dilində yazı olan köynək geyinməsi ilə əlaqələndirib. Əbilov əvvəllər Azərbaycan dilində yazı olan köynək geyindiyini, lakin buna hər hansı mənfi reaksiya verilmədiyini vurğulayıb.

Növbəti iclas sentyabrın 17-nə təyin olunub.

İyulun 13-də İqbal Əbilovun atası Şahin Əbilov “Toplum TV”yə bildirmişdi ki, oğlu Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, tədqiqatçı iyulun 7-də məhkəməyə üzərində şair Əli Nasirin misraları yazılmış köynəklə çıxdığı üçün cərimə kamerasına salınıb. Onun sözlərinə görə orada oğlunun qolları dəmir çarpayıya bağlanıb, bədəninin müxtəlif nahiyələrində göyərmələr və xəsarətlər yaranıb.

Şahin Əbilov işgəncənin təcridxananın rəis müavini Cavid Güləliyevin rəhbərliyi altında verildiyini iddia edib. O, iyulun 9-da ailə üzvlərinin, daha sonra isə vəkillərinin Əbilovla görüşə buraxılmadığını da bildirmişdi.

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“QHT işi”: Hafiz Həsənova 8 il şərti həbs cəzası verilib

16 Sentyabr 2026

sosial media

"QHT işi" üzrə ittiham olunanlardan biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib. Dövlət ittihamçısı onun 9...
Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...

Seçilmiş Videolar

Toplum TV loqo