İqtisadiyyat

Vergi güzəştləri ləğv olunur: hökumət büdcə kəsirini vətəndaşın hesabına bağlayacaq?

3 noyabr, 2025
542

Foto: açıq mənbə

Yaxın günlərdə Milli Məclisdə müzakirəsi başlanacaq vergi qanunvericiliyinə dəyişikliklərin detalları məlum olub.

Dəyişikliklər təkcə vətəndaşların sosial durumunu yüngülləşdirən bir sıra vergi güzəştlərinin ləğvi ilə məhdudlaşmır.

Paralel olaraq, bəzi vergi növləri üzrə sahibkarların və sadə vətəndaşların xərclərini artıracaq yeni artımlar da nəzərdə tutulur.

İlk növbədə, qeyri-neft özəl sektorda çalışan muzdlu işçilərin aylıq əməkhaqqı 8 min manata qədər olduqda tətbiq edilən gəlir vergisi güzəşti ləğv olunur.

Artıq 2026-cı il yanvarın 1-dən etibarən sayı 1 milyon nəfərə yaxın olan muzdlu içşilərin son 7 ildə “sıfır” dərəcə ilə tutulan maaşları üçün aşağıdakı gəlir vergisi dərəcələri tətbiq ediləcək:

•    Aylıq əmək haqqı 2500 manata qədər olduqda, 3 faiz (2028-ci ildən 7 faiz);
•    Aylıq maaş 2500-8000 manat intervalında olduqda, 75 manat + 8 min min manatdan artıq olan məbləğin 10 faizi (2028-ci ildən 175 manat + 8 min manatdan artıq olan məbləğin 10 faizi);
•    Aylıq məvacib 8000 manatdan çox olduqda, 625 manat+ 8000 manatdan çox olan məbləğin 14 faizi (2028-ci ildən 725 manat + 8 min manatdan artıq olan məbləğin 14 faizi);

Hazırda aylıq maaşı 8 min manatdan çox olan şəxslər yalnız həmin məbləği aşan hissədən 14 faiz gəlir vergisi ödəyirlər. 

Məsələn, 9 min manat maaş alan şəxs cəmi 140 manat vergi ödəyir ki, bu da ümumi məvacibin təxminən 1,5 faizinə bərabərdir. Lakin gələn ildən etibarən eyni məbləğdə maaş alan işçi 765 manat, yəni gəlirinin təxminən 8,5 faizini vergi şəklində ödəməli olacaq.

Yaxud ayda “kirli” maaşı 3 min manat olan şəxs, “sıfır” dərəcə ilə vergi ödədiyi halda, 2026-cı ildən 105 manat gəlir vergisi ödəməli olacaq. Sosial və tibbi sığorta da nəzərə alınmaqla, bu şəxsin maaşından 420 manat çıxılma olacaq. 2028-ci ildən isə bu məbləğdə məvacib üçün gəlir vergisi yükü 2 dəfədən çox artımı olacaq.

Xaricdən alınan elektrik mühərrikli minik avtomobillərin həm idxalına, həm də ölkə daxilində satışına tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) güzəşti artıq ləğv edilir. İndiyədək bu avtomobillərdən ƏDV alınmırdı. 

Bəzi spirtli içki növləri və tütün məmulatları üzrə aksiz vergisinin 15-20 faiz aralığında artımı nəzərdə tutulur. 

Məsələn, 1000 ədəd siqaret üçün alınan aksiz vergisinin məbləği 45,5 manatdan 55 manata, içməli spirtin hər litri üçün 4,8 manatdan 5 manata qaldırılır. 

Avtomobillərin idxal üçün aksiz vergisinin də məbləğində ciddi artım olacaq. Belə ki, indiyə qədər istismar müddəti 7 ildən çox olan dizel mühərrikli minik avtomobillərinin aksiz vergisinə 1,2, benzin mühərikkli avtomobillərin aksiz vergisinə 1,5 artırıcı əmsal tətbiq edilirdisə, gələn idlən həmin əmsallar 25 artırılaraq müvafiq qaydada 1,5 və 2 artırıcı əmsal kimi tətbiq ediləcək. 

Məsələn, 10000 manat aksiz vergisi hesablanmış avtomobil gələn il 2500 manat əlavə vergi ödəməli olacaq. 

Nəhayət, artan daha bir vergi yol vergisidir. İndiyədək ölkədə istehsal olunan və daxili bazarda satılan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə topdansatış qiymətindən 2 qəpik vergi alınırdısa, gələn ildən bu məbləğ 3,5 dəfə artırılaraq 7 qəpiyə çatdırılır. Ekspertlər hesab edir ki, bu bir müddət sonra yanacağın pərakəndə satışına da öz təsirini göstərəcək.

Beləliklə, gələn il dövlət büdcəsinin gəlirləri cəmi 0,7 faizdən də artır. Hətta bu qədər kiçik artımı da hökumətin iqtisadi inkişafın hesabına təmin edə bilmədiyi aydın görünür. Artımın mənbəyi biznesin və vətəndaşların vergi yükünün artırılmasıdır. Təkcə yol vergisindəki 3,5 dəfəlik artım dövlət büdcəsinə əlavə 250 milyon manata yaxın vəsait gətircək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo